2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həftəsonu zibil atmağa da çıxmaq olmaz – DİN

Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. Bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək.

Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qeyd edilən rayon və şəhərlərdə şənbə və bazar günləri müvafiq icazəsi olan vətəndaşlardan başqa digər vətəndaşlara yaşayış yeri və olduğu yeri tərk etmək qadağan olunacaq:

“Bu tələbləri pozan vətəndaşlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 100 manat cərimə ediləcəklər. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları karantin rejimə nəzarəti mütəmadi və gücləndirilmiş formada həyata keçirəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Qərarın tətbiq edildiyi rayon və şəhərlərdə yalnız mərkəzi hissələr deyil, hər yerdə, məhəllələrdə də polis nəzarəti olacaq. Vətəndaşları həftənin iki günü evdə olmağa, küçəyə çıxmamağa çağırırıq. Çünki bizim məqsədimiz vətəndaşları cərimələmək deyil, onların sağlamlığın qorunması üçün atılan addımdır. Buna görə də inanırıq ki, vətəndaşlarımız bu tələbləri anlayışla qarşılayıb cəmi iki gün evdə qalacaqlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button