2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Həbs olunmuş fəalın səhhətində problemlər yaranıb

Azərbaycanın alternativ həmkarlar ittifaqı konfederasiyası olan “İşçi Masası”nın həbsdə olan üzvü Möhyəddin Orucovun səhhətində problemlər yaranıb. 

Toplum TV xəbər verir ki, bu barədə fevralın 26-da “Turan” agentliyinə onun anası Təranə Orucova bildirib.

O qeyd edib ki, 2023-cü ilin oktyabrında inzibati qaydada həbs edildikdən sonra Möhyəddini uzun müddət açıq havada saxlayıblar və onun böyrəklərinə soyuq dəyib. Həbs dövründə onu müayinə etməyiblər, sadəcə olaraq ağrıkəsicilər veriblər. Azad edildikdən sonra fəal müalicə olunub, lakin 2023-cü ildə yenidən həbs edildiyinə görə müalicəsi yarımçıq qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Orucovun anasının sözlərinə görə, hazırda onun böyrəklərində ağrılar artıb. Onu xəstəxanaya yerləşdirməkdən imtina edirlər. Vəkil sabah yenidən onun xəstəxanaya köçürülməsi üçün müraciət edəcək.

Fəal həmçinin saxlanma şəraitindən şikayət edir. “4-5 nəfərlik kamerada 18 nəfər saxlanılır. Onlar növbə ilə yatırlar”, – deyə fəalın anası bildirib.

Qeyd edək ki, Möhyəddin Orucov ötən ilin dekabrında külli miqdarda narkotik vasitənin dövriyyəsində (Azərbaycan CM-in 234.4.3-cü maddəsi) ittiham olunub.

Fəal ona ünvanlanan ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir.  Möhyəddin Orucov həmçinin həbsdə olduğu müddətdə qeyri-insani rəftara məruz qalmasından şikayətlənib. 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button