2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Hər il siqaretdən 8 milyon insan ölür

Mayın 31-də Ümumdünya Tütünlə Mübarizə Günü qeyd olunur.

Hər il tütün sənayesi dünyada 8 milyondan çox insanın ölümünə səbəb olur. Bu sənaye dünya üçün ilə 600 milyon ağac, 200 min hektar torpaq, 22 milyard ton su, 84 milyon ton CO2 deməkdir.

Rəqəmləri bu gün Dünya Səhiyyə Təşkilatı (DST) açıqlayıb. Qurum tütünün ətraf mühitə və insan səhhətinə təsirinin miqyasını göstərir, bu sənayenin səbəb olduğu dağıntılara görə məsuliyyət daşımasından ötrü addımlar atmağa çağırır.

Saytların yığılması Saytlarin yigilmasi

Tütünün böyük hissəsi aşağı-orta gəlirli ölkələrdə yetişdirilir. Bu ölkələrdə adətən ərzaq istehsalında su və torpaq qıtlığı yaşanır. Əvəzində isə bu resurslar ölümə səbəb olan tütünün yetişdirilməsinə istifadə olunur, getdikcə daha çox torpaq meşələrdən təmizlənir.

“Tütün: Planetimizi zəhərləyir” adlı hesabatda qeyd olunur ki, hər il tütün sənayesinin istehsal, emal və nəqliyyat prosesində atmosferə buraxdığı karbon, kommersiya hava sənayesinin səbəb olduğunun beşdə birinə bərabərdir. Bu isə qlobal istiləşməyə töhfə verir.

24 saat” “Hər il siqaretdən 8 milyon insan ölür” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button