2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həsən Ruhani: Seçicilər ekstremizmi rədd ediblər

İranda keçirilən prezident seçkilərinin qalibi Həsən Ruhaniyə əsasən onun yenidən seçilməsi göstərir ki, seçici ekstremizmi rədd edib kənar dünya ilə daha sıx əlaqələrə can atır.

Həsən Ruhani 40 milyon səsin 57 faizindən çoxunu qazanaraq ilk dövrədə öz qələbəsini təmin etməyə müvəffəq olub.

Saytların yığılması Saytlarin yigilmasi

İnandırıcı qələbə mötədil prezidentə islahatlar və iqtisadiyyatın canlandırması üçün güclü mandat vermiş oldu, təhlilçilər bildirir.

“İran xalqı dünya ilə qarşılıqlı təması, ekstremizm və zorakılıqdan aralı keçən yolu seçib”, – Həsən Ruhani dövlət televiziyasının efirində deyib.

İranın nüvə proqramı ilə bağlı dünya qüdrətlərilə sövdələşməyə nail olan Həsən Ruhaniyə toplam 26 milyon adam səs verib.

Səsvermənin nəticələrinə əsasən hazırkı prezidentin mühafizəkar düşərgəsindən əsas rəqibi İbrahim Rəisi ikinci yerdə gəlir.

56 yaşlı ruhaniyə 15.7 mln (38.5 faiz) səs verilib.

İbrahim Rəisi bildirir ki, Ruhani tərəfdarları səsvermə məntəqələrində təbliğat aparmaqla qanun pozuntusuna yol veriblər.

İran sərt xətt tərəfdarları öz nəzarətlərindən kənarda qalan yeganə icra hakimiyyəti qolunu – prezidentliyi ələ keçirmək üçün səylərini əsirgəməyib və var gücü ilə seçiciləri səfərbər ediblər.

Sərt xətt tərəfdarlarının səylərini görən prezident Ruhanini dəstəkləyənlər də çox sayda seçki məntəqələrinə axışıb.

Davamiyyət misli görünməmis dərəcədə yüksək olub.

Tehranda 5 milyon adam səs verib. Bu 2013-cü ildəkinin iki qatıdır.

Bu insanları həbsə atan, edam, sürgün edən, işdən qovan, qadınlara qarşı ayrıseçkiliyə yol verən və hədə-qorxu gələn sərt xətt tərəfdarlarından intiqam almaq idi.

Hazırda prezident Ruhani islahatları davam etdirmək, ekstremizmə son qoymaq, iqtisadiyyatı canlandırmaq və kənar dünya ilə ünsiyyəti bərpa etmək üçün daha geniş mandata sahibdir.

İranlılar xüsusilə də son həftələr ərzində fərdi və siyasi azadlıqların genişləndirilməsini və İnqilab Keşikçiləri kimi hakimiyyət mərkəzlərinin nəzarət altına alınacağını vəd edən prezident Ruhaniyə qərarlı “Bəli!” deyiblər.

Səsvermədə seçicilərin təqribən 70 faizi iştirak edib.

Yüksək davamiyyətə görə bəzi seçki məntəqələrində səsvermə vaxtı uzadılıb.

Təqribən 56 milyon iranlı seçkilərdə iştirak etmək haqqına malikdir. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button