2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Həyat yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaram’

İyunun 3-də, axşam saatlarında Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayevanı qəbul edib.

Nazir jurnalistin ailəsinə Gürcüstan vətəndaşlığının verilməsi məsələsini bir daha gündəliyə gətirib.

Saytların yığılması Saytlarin yigilmasi

Leyla Mustafayeva bu barədə Gürcüstanın yerli mətbuatına bildirib:

“Ancaq mən bundan imtina etdim. Çünki həyat yoldaşımın oğurlandığı bir ölkənin vətəndaşı ola bilmərəm. Mənə vətəndaşlıq lazım olsaydı, buna görə, əvvəlcədən müraciət edərdim. Ötən il Gürcüstanda yaşayış icazəsi üçün müraciət etmişdim. Amma cavab vermişdilər ki, mən burda təhlükəli işlə məşğulam. Mən kriminal deyiləm, jurnalistəm, hansı təhlükəli fəaliyyətdən söhbət gedir? Mənə demişdilər ki, yaşayış icazəsinin verilməsi ölkənin milli maraqlarına ziddir. Necə oldu indi zidd deyilmi milli maraqlara? Üstəlik, vətəndaşlığın verilməsi üçün çoxlu prosedurlar var. Belə çıxır ki, Gürcüstan mənə vətəndaşlıq verilməsi üçün öz qanunlarını çeynəyəcək? Bu, nə əl-ayağa düşməkdir ?!”.

Leyla Mustafayeva deməsinə görə, nazirə bildirib ki, bundansa Əfqan Muxtarlının iş obyektiv araşdırılsın.

“Baş nazir prezidentə bizə vətəndaşlıq verilsin demək əvəzinə, hüquq-mühafizə orqanlarına “işi ədalətli araşdırın” deməli idi. Mənə elə gəlir ki, bu, şoudur. Gürcüstanda azərbaycanlı fəallar və jurnalistlərlə bağlı problem ötən il də var idi, ondan qabaqkı il də. Ən kritik vaxtda məlumatlı idilər, amma heç bir əməli addım atmadılar. Bir jurnalistin oğurluğunun üzərindən şou yaratmaq lazım deyil”, – xanım Mustafayeva belə deyib.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili azərbaycanlı jurnalist Əfqan Muxtarlının Gürcüstanda yoxa çıxması və Azərbaycanda peyda olması ilə bağlı iyunun 3-də rəsmi bəyanat vermişdi

Baş nazirin bəyanatında bildirib ki, əgər Əfqan Muxtarlının ailəsi məsələ ilə bağlı rəsmi şəkildə ədliyyə nazirliyinə müraciət eləsə o, istisna hal kimi onlara hüquq çərçivədə mümkün qədər tez Gürcüstan vətəndaşlığı verilməsi ilə bağlı prezidentə müraciət edəcək.

Xatırlatma

Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

O, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Eyni zamanda jurnalistə 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısı idi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button