2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Həyat yoldaşının ölümündə təqsirləndirilən hakim oğlunun ifadə verməsini istəmədi

Hakimin qayınatası: “Fəqan Əhmədovdan heç bir şikayətimiz yoxdur, barışmışıq”

Həyat yoldaşını odlu silahla öldürməkdə ittiham olunan Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun işi üzrə avqustun 26-da məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyilə keçirilən prosesdə ittiham aktı elan edilib. İttihama münasibət bildirən Fəqan Əhmədov özünü təqsirli bilməyib. O deyib ki, hadisə qəsdən yox, silahla ehtiyatsız davranış nəticəsində baş verib. Təqsirləndirilən hakimin sözlərinə görə, ov tüfəngindən təsadüfən açılan güllə həyat yoldaşı Pərvanə Əhmədovaya dəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə zərərçəkmiş qismində Pərvanə Əhmədovanın atası Süleyman Quliyev ifadə verib. Hakim onun Baş Prokurorluğa ünvanladığı ərizəni elan edib. Süleyman Quliyev orada yazıb ki, qızının ailəsində baş verənlər bədbəxt hadisədir: “Qızımın üç azyaşlı uşağı qalıb. Böyüyünün 14 yaşı var. Mənim 71, həyat yoldaşımın 58 yaşı var. Həyat yoldaşım müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bizim 3 azyaşlı uşağa baxmağa imkanımız yoxdur. Fəqan Əhmədovdan heç bir şikayətimiz yoxdur, barışmışıq. Xahiş edirəm, onun övladlarının valideyn himayəsindən məhrum olmasını nəzərə alasınız”.

Pərvanə Əhmədovanın anası Mətanət Quliyeva da ifadəsində kürəkənindən şikayətçi olmadığını vurğulayıb: “Pərvanə ailəsindən heç vaxt şikayət etməyib. Fəqan mənə böyük oğul kimi idi. Həmin gün axşam saat 10 radələrində qızımla danışmışıq, gülürdü. Gecə Fəqanın anasının telefonundan bir qohumu zəng edib bağa çağırdı…”

Mətanət Quliyeva məhkəmədən xahiş edib ki, nəvələrinin durumunu, kürəkəninin hakimliyini nəzərə alsınlar: “Heç kim istəməzdi ki, belə hadisə olsun. Onlar bu məhkəmədə tanış olub, ailə qurublar”.

F.əqab Əhmədovun 14 yaşlı oğlu şahid kimi ifadə vermək üçün çağırılanda o etiraz edib. Bildirib ki, istintaq zamanı oğlu Baş Prokurorluqda üç müstəntiq tərəfindən 8 saat dindirildikdən sonra psixoloji travma alıb: “Ondan sonra bir ay psixoloqa aparıblar, müalicə olunub. Onun 14 yaşı var, xahiş edirəm dindirilməsin, ifadəsi elan edilsin”.

Uşağın dindirilməsilə bağlı məsələ baxılmamış saxlanılıb.

Təqsirləndirilən hakimin qardaşı Kənan Əhmədov deyib ki, qardaşının ailəsində heç vaxt münaqişə olduğunu eşitməyib: “Fəqan zəng edib dedi ki, anamı da gətir, gəl, uşaqlara yiyə dur. Dedi: “Əlimdən xəta çıxıb, Pərvanə rəhmətə gedib”. Gələndə gördüm ki, Pərvanə divanda oturaq vəziyyətdə ölmüşdü, üstünü örtmüşdülər. Müstəntiq də qardaşımı sorğu-sual edirdi. Fəqan orda dedi ki, ehtiyatsızlıqdan olub”.

Fəqan Əhmədovun anası Səmayə Əhmədova gəlininin abır-həyalı biri olduğunu vurğulayıb: “İndiki gəlinləri görəndə ona deyirdim ki, sən elə bil keçmişdən qalmısan. O mənada ki, abırlı, adət-ənənələrə sadiq idi. Fəqanla da heç bir problemi yox idi. Dörd ilə yaxın onlarla birlikdə 2 otaqlı evdə yaşamışam, gəlinimlə aramda heç bir problem olmayıb”.

Hadisənin baş verdiyi bağ evinin qonşuluğunda yaşayan Ələşrəf Hüseynov bildirib ki, həmin gün axşam Fəqan Əhmədovla spirtli içki qəbul ediblər: “Həmin gün Fəqana zəng etdim, dedi ki, saat 7-də görüşək. Bilgəhdən kabab aldıq, gəlib bizim bağda oturduq. Fəqan Rusiya istehsalı olan 700 qramlıq araq götürmüşdü. Yeyib-içdik, söhbət elədik. Kefi yaxşı idi, oğlum bağdan gedəndə onunla da görüşdü. Saat 9-a qalmış Fəqan müəllim bizdən getdi, sərxoş deyildi. Mən də 10-n yarısı yatdım, hadisəni səhəri gün bildim”.

Məhkəmə prosesi sentyabrın 16-da davam edəcək.

Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı mayın 30-da Nardaranda bağ evində özünə məxsus ov tüfəngindən açılan atəş nəticəsində öldürdüyü iddia olunur.

Hadisə ilə əlaqədar əvvəlcə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Lakin Baş Prokurorluğun rəhbərliyinin göstərişilə bu işi üzrə araşdırmalar Baş Prokurorluğun İstintaq idarəsində həvalə olunub.

1976-cı il təvəllüdlü Fəqan Əhmədov 2016-cı ildən Sabunçu rayon Məhkəməsinin hakimidir. Bundan öncə isə o, 5 il (2011-2016) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hakimlikdən əvvəl üç il Xətai Rayon Məhkəməsində böyük məsləhətçi işləyib. Buna qədər isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə iclas katibi olub. Tofiq Paşayev Xətai Rayon Məhkəməsinə sədr göndəriləndən sonra onu da özü ilə aparıb. Fəqan Əhmədov daha öncə Səbail Rayon Məhkəməsində də işləyib. O, Bakı Dövlət Universitetində hüquq təhsili alıb.

Onun adı bir sıra qalmaqallı işlərdə hallanıb, sifarişlə hökmlər çıxarmaqda ittiham olunub. AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə açıqlamasında şikayətlənirdi ki, Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həbsdə olan oğlunun hüquqlarının pozulmasıyla bağlı şikayətlərini araşdırmadan ərizəni geri qaytarır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button