Loading...
Loading...
SEÇMƏ

Haaqa Məhkəməsi üç Cənubi Osetiya separatçısı barədə həbs qərarı verib

Yayımlandı: 1 İyul 2022 11:14

“Human Rights Watch” qərarı alqışlayıb

Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa Məhkəməsi) üç Cənubi Osetiya separatçısının həbsinə order verib.
Məhkəmə həmin şəxsləri 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsində hərbi cinayətlər törətməkdə şübhəli bilib.

Məhkəmənin barələrində həbs orderi çıxardığı həmin 3 şəxs – general-leytenant Mixail Mindzayev, Qamlet Quçmazov və David Sanakoevdir.

Onlar Cənubi Osetiya respublikasının hökumətində xidmət ediblər.

Hər 3 şəxs 2008-ci ildə Rusiyanın Gürcüstanla müharibəsi zamanı hərbi cinayətlər törətməkdə şübhəli bilinib və uzun zaman axtarışda olublar.

Məhkəmə yüzlərlə insanın ölümünə və didərgin düşməsinə səbəb olmuş hadisə üzrə cinayət işinin istintaqına 2016-cı ildən başlayıb.

Həmçinin bir il öncə, 2021-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiyanın nəzarətində olan ərazilərdə “ciddi insan haqları pozuntularının” baş verdiyi qənaətinə gəlib.

Haaqa Məhkəməsinin açıqladığı qərarda hakimlər heyəti hər üç şübhəli şəxsin müharibə cinayətlərinə görə məsuliyyət daşıdığı qənaətinə gəlib.

“Human Rights Watch” Təşkilatı məhkəmənin həbs qərarını alqışlayıb.

2008-ci ildə Cənubi Osetiya ilə bağlı münaqişə mülki əhaliyə dəhşətli zərbə vurub, onların bir çoxu bunun bədəlini ödəməkdə davam edir”, – hüquq qrupunun Avropa və Mərkəzi Asiya bölməsinin direktor müavini Rachel Denber deyib.

Bildirib ki, məhkəmənin orderləri 20.000-ə yaxın etnik gürcünü evlərindən didərgin salan zorakılıq kampaniyasında iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün çoxdan gəlinməli olan mühüm addımdır.

Mindzaev və Quçmazov Cənubi Osetiyanın Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıblar.

Sanakoev isə separatçı regionun prezidentin insan hüquqları üzrə nümayəndəsi olub.

Mindzaev və Quçmazova qarşı həmçinin, qanunsuz həbs, işgəncə və qeyri-insani rəftar, şəxsi ləyaqəti təhqir etmə, girov götürmə və mülki şəxslərin qanunsuz köçürülməsi ittihamları da var.

İddia edilən cinayətlər 2008-ci il avqustun 8-dən 27-dək baş verib.

Sanakoyevin həbsinə dair orderə mülki şəxslərin girov götürülməsi və qanunsuz köçürülməsi ittihamları daxildir.

Məhkəmənin bəyanatında deyilir ki, etnik olaraq gürcü olduqları güman edilən mülki şəxslər Gürcüstanın Cənubi Osetiya hissəsində həbs olunub. Bu zaman onlarla pis rəftar edilib.

Bunun üçün məhkəmə əlində ciddi əsaslar olduğunu bildirib.

Hakimlərin hesablamalarına görə, qadınlar və qocalar da daxil olmaqla 170-ə yaxın adam toplanaraq “təcridxana” kimi tanınan həbsxanaya salınıb.

“Məhkumlar daha sonra “Rusiya və Cənubi Osetiyanın de-fakto hakimiyyət orqanları tərəfindən sövdələşmə vasitəsi kimi istifadə edilib və onlar mübadilə yolu ilə geri qaytarılıb”, – beynməlxalq cinayət məhkəməsinin hakimləri bildirib.

Gözdən qaçırmayın:  Üç məhkəmə hakimi vaxtından əvvəl vəzifədən çıxarılıb

Haaqa Məhkəməsi yerli hakimiyyət orqanlarının təqiblərə başlamaq istəmədiyi və ya mümkün olmadığı hallarda işlərə baxan son instansiyadır.

Məhkəmənin prokurorları hazırda bir neçə ölkədə, o cümlədən Ukraynadakı müharibə cinayətlərini araşdırır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button