2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hacı Cavad məscidi haqda qərar verilməyib

“Hacı Cavad məscidinin taleyi ilə bağlı, hələ ki, qərar verilməyib”.

Bunu AzadlıqRadiosu-na məscid icmasından bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

“Məscid ətrafında sakitlikdir. Bir neçə gün öncə bu məsələ ilə bağlı yaradılan komissiyanın üzvləri məscidə baxış keçiriblər. İndi nəticələri gözləyirik”, məscid icmasının adının çəkilməsini istəməyən liderlərindən biri söyləyib.

Onun deməsinə görə, yaxın 10-15 gün ərzində nəticənin nədən ibarət olduğu bilinəcək. Məsələnin müsbət həllinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də çalışır.

Buna da bax:​ Əli Həsənov: “Dövlət “gecəqondu memarlığı”nı vətəndaşlarına rəva görmür’

Məscid icmasından onu da bildiriblər ki, onlar məsələnin həllini iki variantda görürlər.

“Əgər, məscidin bünövrəsi möhkəmdirsə, onu bərpa etməyə çalışsınlar. Əksinə, məscidin bünövrəsində problem olarsa, sökülə bilər. Amma burada da bizim xahişimiz ondan ibarətdir ki, ibadət etmək üçün ən yaxın yerdə ərazi ayrılsın, yeni məscid binası tikilsin”.

XATIRLATMA

Aprelin 12-si Hacı Cavad məscidini sökməyə cəhd ediblər. Əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlib. Ancaq məscidin daxilində və önündə dayanan yüzlərlə insan söküntüyə imkan verməyib.

Buna da bax: Hacı Cavad məscidi ilə bağlı komissiya yaradılır

Prezident İlham Əliyev isə aprelin 13-də inanclı insanların reaksiyasını nəzərə alaraq, məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button