2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hadi Rəcəbli: “Məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik, pəncərəni açıq qoyurdular”

“Bu gün biz qaçqın və məcburi köçkünlərə verilən mənzilləri və dövlətin onlar üçün yaratdığı şəraiti görürük. Onlar təhsil haqqından azad olunublar. Bu cür güzəştlər dövlətin məcburi köçkünlərə olan qayğısından xəbər verir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı komitə sədri Hadi Rəcəbli bildirib.

O deyib ki, Nazirlər Kabinetinin bu məsələ ilə bağlı rəsmi qərarı var:

Saytların yığılması Saytlarin yigilmasi

“Orada qeyd olunur ki, mənzili olan və ehtiyyacı olmayan məcburi köçkünlərə həmin yardım verilməyəcək. Burada ünvanlılıq təmin olunacaq. Bu məsələ konkretliliyi, ünvanlılığı və sosial ədaləti təmin edəcək. Düşünürəm ki, bu da möhtərəm Prezidentimizin çox uzaqgörən və ağıllı qərarlarından biridir.

Vəzifə tutan adamlardan biri ilə bu gün söhbət etmişəm. Həmin adam məcburi köçkündür. O mənə dedi ki, 5 il bundan öncə ona vəzifə verilən günü, dövlətin yardımından imtina edib. Çünki o adam deyir ki, yüksək maaş aldığına görə dövlətin yardımından imtina edib və bundan imtina etməməyi özünə mənəvi cəhətdən də rəva görməyib. Hesab edirəm ki, hər bir kəs məsələyə bu cür yanaşmalıdır”.

Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı verdiyi sərəncamın əhəmiyyətinə toxunan H.Rəcəbli qeyd edib ki, sözügedən sərəncam israfçılığın qismən də olsa qarşısını alacaq:

“Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq sperallarınından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular. Bu sənəd bəzi neqativ halların qarşısını almağa xidmət edəcək, həm də ünvanlılığı təmin edəcək. Bundan əvvəl vəsait ümumilikdə işıq, qaz idarələrinə ayrılırdı. Bu məsələyə diqqət yetirmək çətin olurdu. Orada da problemlər yaranırdı. 20 manat yemək pulu, 15 manat isə enerji resursları ilə bağlı vəsait idi. İndi 36 manat adambaşına nəzərdə tutulub. Bu rəqəmin özü də məqbuldur. Bu, eyni zamanda qənaətcilliyə həvəsləndirəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button