2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

‘Hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı’

“Bunlar yaxşı əlamət deyil”

“Ölkədə yeni həbs dalğasının başlayıb-başlamaması haqqında danışmaq üçün tezdir. Amma əlbəttə ki, bütün bunlar yaxşı əlamət deyil. Xüsusən də, Əfqanın yoxa çıxması. Mənə elə gəlir, bunun Gözəl Bayramlının həbsiylə də əlaqəsi var”, – “Turan” İnformasiya Agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev son həbsləri, təqibləri şərh edərkən belə deyir. Onun sözlərinə görə, son hadisələr hakimiyyətin müxalif fikirli insanlara münasibətinin dəyişmədiyini və onların təqibinin davam etdiyini göstərir ki, bu da “mənfi haldır”.

Saytların yığılması Saytlarin yigilmasi

Buna da bax: Tbilisidə Xədicə İsmayılla bağlı aksiya [FOTOLAR]

AXCP sədrinin müavini Gözəl Bayramlının qaçaqmalçılıqda ittiham edilərək həbsi, jurnalist Nicat Əmiraslanovun polisə müqavimətdə suçlanaraq 30 sutka həbs cəzası alması, başqa bir jurnalist Əfqan Muxtarlının Gürcüstanda yoxa çıxması. (Yazı dərc olunarkən yayılan məlumata görə, Əfqan Muxtarlı artıq Azərbaycana gətirilib – red.) Bu arada Gürcüstanda çalışan həkim Fərman Ceyranlının həbsi, müxalifətçi Daşqın Ağalarlıya oturma izninin verilməməsi… Bütün bunlar arasında bir əlaqə varmı? Bu, yeni həbs dalğasının, siyasi fəalların təqibinin anonsu sayıla bilərmi?

“Gürcüstanda baş verməsi narahatedici məsələdir”

Müsavat Partiyası başqanı Arif Hacılı da son hadisələri “avtoritar rejimin demokratik düşərgə üzərinə hücumunun və repressiya siyasətinin davamı” kimi dəyərləndirir. Onun fikrincə, bu hadisələrin məhz Gürcüstanda baş verməsi “xüsusi narahatedici məsələdir”.

“Gürcüstanı biz daim demokratiya nümunəsi kimi təqdim edirik. Ancaq son dövrlərdə Daşqın Ağalarlının haqqında verilən qərarlar, Gözəl Bayramlının həbsi, Gürcüstanda Azərbaycan vətəndaşlarının, fəalların, müxalifətçilərin, jurnalistlərin izlənilməsi ciddi narahatlıq doğurur. Bu hadisələrin bir çoxuna görə yalnız Azərbaycan hakimiyyəti deyil, Gürcüstan hakimiyyəti də məsuliyyət daşıyır”.

Müsavat partiyası başqanı baş verənləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışdıqlarını, eyni zamanda, Gürcüstandakı partiyalarla, ictimai təşkilatlarla əlaqələri intensivləşdirdiklərini deyir. O bu yolla Gürcüstanda baş verən “qanunsuz hərəkətlərin önlənməsi üçün gürcü hakimiyyətinə təsirlər göstərməyə” çalışdıqlarını bildirir.

“Gürcüstan Azərbaycanın tərkibində avtonom qurum deyil”

Bitərəf deputat Rəfael Cəbrayılovsa Bakının Tbilisiyə basqı göstərməsi haqda deyilənləri absurd sayır və “sadəlövh yanaşma” adlandırır: “Necə yəni Azərbaycan dövləti suveren dövlət olan Gürcüstan hakimiyyətinə təsir edir? Gürcüstan Azərbaycanın tərkibində avtonom qurum deyil, suveren dövlətdir, BMT üzvüdür, NATO-ya yaxın dövlətdir. Gürcüstana necə təsir etmək olar?”

O ki qaldı, ölkədə və ya ondan kənarda siyasi fəalların, müxalif düşüncəli insanların təqibi haqda deyilənlərə, deputat bununla da razılaşmır.

“Mən düşünmürəm ki, Azərbaycandan kənarda yaşayan və siyasətlə məşğul olan insanlar barəsində hakimiyyətin diktəsiylə neqativ hərəkətlərə yol verilir. Axtaranda görəcəksiniz ki, həmin insanlar konkret cinayət əməlinə görə həbs olunublar”, – söyləyir. Deputat bu hadisələrin eyni vaxtda baş verməsini isə təsadüf sayır.

“…hadisələrin gedişatı dialoqa, təqiblərin səngiyəcəyinə ümid yaratmır”

Siyasi şərhçi Şahin Hacıyevin qənaətincə, hakimiyyət “Azərbaycanda boğulan səslər”in xaricdə fəaliyyətlərini davam etdirmələrindən narahatdır.

“Bir neçə sayt rəsmən bloklandı, buna baxmayaraq, onların fəaliyyəti dayanmır, hakimiyyət yenə tənqid olunur, tənqidi KİV-lərin izləyicisi yetərincədir və təbii ki, bu da hakimiyyəti qıcıqlandırır. Bunun qarşısını almağın yolu da təqib və maliyyə mənbəyinin ləğvidir. Yaxınlarda hakimiyyətə işləyən məlum sayt bu barədə ətraflı yazmışdı, “müxalifətçilər Gürcüstanda yığışır, pul oradan gəlir və s.” Həmin yazı hakimiyyətin bu yöndə iş apardığını göstərir”, – Şahin Hacıyev söyləyir və ona təəssüflənir ki, hadisələrin gedişatı vətəndaş cəmiyyəti ilə hakimiyyət arasında dialoqa, təqiblərin səngiyəcəyinə ümid yaratmır.

AzadlıqRadiosu baş verənlərlə bağlı hakim partiyanın üzvü olan deputatlardan da açıqlama almağa çalışıb. Amma bu mümkün olmayıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button