2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmManşet

Hakimiyyət Eldar Mahmudovu həbs edə biləcəkmi?

Cinayət işinin başlanması barədə qərardad sifarişdir, yoxsa özfəaliyyət?

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov barəsində cinayət işi başlanır. Bu barədə Bakı Hərbi Məhkəməsində xüsusi qərardad qəbul edilib. Qərardada əsasən Eldar Mahmudov və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şixəliyev barəsində cinayət işinin başlanması üçün Baş Prokuroluğa təqdimat göndərilib.

MTN-dəki məlum dəstə ifşa olunandan sonra Eldar Mahmudovun həbs edilməməsi təəccüb doğururdu.

Saytların yığılması Saytlarin yigilmasi

“MTN işi”nin ilk günlərindən keçmiş nazirin azadlıqda qalma səbəbləri barədə ən müxtəlif versiyalar səsləndirilirdi. İctimaiyyət bu versiyaların sırasında daha çox Eldar Mahmudovun hansısa qiymətli informasiyalara malik olması barədə mülahizələrə üstünlük verirdi. Hətta belə iddialar səsləndirilirdi ki, Eldar Mahmudov bu informasiyaları yaxınları vasitəsilə ölkədən çıxara bilib. Daha sonra bu informasiyaların nədən ibarət olması barədə ehtimallar irəli sürüldü.

Keçmiş xüsusi xidmət orqanı işçisi Ərəstun Oruclunun “porno kaset iddiaları” isə Eldar Mahmudovun əlində hakimiyyətin yuxarı eşelonunda ciddi kompramatların olması qənaətini yaratdı. Əslində isə, Eldar Mahmudovun azadlıqda qalması “MTN işi” ilə bağlı hakimiyyət komandasında fikir ayrılığının olması ilə bağlı idi.

Müşahidələr göstərirdi ki, hakimiyyətin içində bəzi qruplar “MTN işi”nin daha da böyüməsində maraqlıdırsa, bunun əksini düşünənlər də var.

Lakin görünür, artıq bu məsələ barədə iqtidar daxilində bir uzlaşma yaranıb.

Hər halda, Azərbaycan reallığında məhkəmələrin siyasi motiv daşıyan işlərdə müstəqil şəkildə qərar qəbul etmək təcrübəsinə rast gəlinməyib.

Bu isə deməyə əsas verir ki, 10 İyul tarixində Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərilməsi məhz hakimiyyətdaxili qruplaşmaların bu məsələs ətrafında razılaşmalarının təzahürüdür.

İndi həmlə sırası Eldar Mahmudovdadır. Məhz onun əlindəki kartlardan necə istifadə edəcəyi gələcək taleyini bəlli edəcək. Hələliksə görünən budur ki, Mahmudov həbsxana qapılarını aralamağa çox yaxındır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button