2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Hakimiyyəti devirmək üçün “faydalı axmaqlar” və “general” rütbəli katibələr 

Bir sözlə “özünü buraxmış” Parlamentimiz

Keçmiş spiker məhkəməyə cağırılacaq
Parlamentin ədalətsiz işdən azad olunan sektor müdiri Rahim Axundov Oqtay Əsədovu məhkəməyə verib və yeni spiker Sahibə Qafarovaya müraciət ünvanlandırıb. Müraciətdə deyilir: “Şükür Allaha ki, Milli Məclisdə savadlı hüquqşünaslar var. Məsələn, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsində inzibati hüququ və inzibati icraatı yaxşı bilən kadrlarınız var. Yəni Sizin kimi Sədr olan yerdə məhkəməyə getməyə nə ehtiyac vardır? Üstəlik Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirən orqandır.” Qeyd olunmalıdır ki, Rahim Axundovun sözlərinə görə “özünü buraxmiş” keçmiş spiker Əsədov MM-nin peşakar kadr bazasını məhv etmişdir. Rahim Axundov Məhkəmə-Hüquq Şurasının rəhbəri Fikrət Məmmədova da şikayət ünvanlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Striptiz”dən Parlamentə transformasiya prosessi: Məclisdə kadr reformaları nəhayət başlandı. 
 
Köhnə tərkibli yeni parlament ölkənin çətin koronaviruslu günlərində işə başladı. Belə ağır məqamda hər kəsi maraqlandıran bir sual var: MM hansı yeniliklərlə yola davam edəcək? Şübhəsiz, “dəyişiklik”  deyəndə, ağla gələn ilk məsələ kadrlarla işdir. Çünki illərdir ölkənin qanunverici orqanı olan parlamentin işini axsadan məhz yanlış kadr seçimidir. Təsəvvür edin, Ali qanunverici orqanın başında iki cümlənin normal deyə bilməyən, uzun illər “santexnik-montaj” sahəsində çalışan bir kadr dururdu. Özünü də “buraxdı”, o boyda müsəlman Şərqində birinci Parlamenti də biyabır etdi. Tarixdə birinci dəfə Azərbaycanda Milli Məclis buraxıldı. Bunun fitili və əsas səbəbi Əsədovun xaricdə məlum biznesləri idi. Xalq biyabırçı parlamentin buraxılmasını dəstəklədi. 
Parlamentdə isə kadr axsaqlıq illərdir həm məclisin deputat komandasında, həm də Parlament aparatının işində özünü açıqca göstərir. On illərdir ölkənin ən aparıcı orqanlarında yer tutan təsadüfi adamların üzündən siyasi idarəetmə bərbad duruma düşüb və xalqın bu qurumlara inamı tamamilə sıfıra enib. Əsas səbəb də, bilirsiniz, nədir? Səbəb odur ki, bu kadrların işə qəbulunda heç bir şəffaflıq yox idi. İndiki Parlamentdə kimin hansı keyfiyyətlərinə görə mühüm postlara götürüldüyünü az-çox hamı bilir. Hamı bilirdi ki, bu seçim zamanı şəxsi münasibətlər və pul ön plana, insanların peşəkar kimi fərdi qabiliyyətləri, bilik və bacarıqları isə arxa plana keçir. Nə yazıq ki, xalq olaraq uzun illərdir başqa sahələrdə olduğu kimi, parlamentdə də bunun fəsadlarını yaşayırıq. Xalq işində zarafat edirlər: “Bizdə striptiz məclisi var, Milli Məclis çoxdan da yoxdur…” Adam bilmir gülsün ya da ağlasın. Yeni spiker Sahibə Qafarovanın bu imici dəyişmək işi asan olmayacaq. Keçən yazılarımızın birində belə təsadüfi kadrlar haqqında yazmışdıq. Təəssüf ki, MM-nin yuxarı eşelonunda belə kadrların sayı çoxdur. 

Parlamentin “General-Katibəsi” 
Uzun illərdir parlamentin “vəzir-xanımı” vəzifəsini Nigar Kazımova tutur. Nigar xanım bu vəzifəni Su idarəsində də tuturdu. Bu xanımın MM-də xüsusi imtiyazlara malik olduğu hamıya bəllidir. O, vitse-spiker Bahar Muradova gədər hörmətli idi. Parlamentin bəzi deputatları ondan icazə istəyirdilər ki, məzuniyyətə çıxsınlar. O Məclisin koridorunda keçəndə isə deputatlar hörmət naminə ayağa qalxırdı. “Özünü buraxmış” spiker onun üçün general rütbəsini aldırıb. Milli Məclisdə bununla əlaqədar böyük narazılıq olmuşdur. Kulis arxasında hamı bunu müzakirə edirdi. Əsədovun katibəsi olan Kazımovaya dövlət qulluğu müşaviri, yəni loru dilində desək qeneral rütbəsi hansı xidmətlərinə görə verilib, bilən yoxdur. General rütbəsini ona ölkə Prezidenti verib. İndi isə məlum olub ki, Əsədov ölkə Prezidentindən katibəsi üçün növbədənkanar qaydada dövlər qulluğu “general” rütbəsini xahiş edəndə onu aldatmışdır və Prezident bilməyib ki, növbədə diqər adamlar var idi. Xanım general Kazımova Bakı şəhərində ən varlı xanımlardan biridir. Onun paytaxtda çoxlu sayda obyektləri var: bir neçə villa, Səməd Vurğun küçəsində 4 mərtəbəli ofis, Yasamal rayonunda supermarketlər, Bilgəhda 6 hektar torpaq sahəsi və s. Eyni zamanda, “Azərsu” ASC-nın və diqər təşkilatların bir necə böyük layihəsi onun kurasiyasında olmuşdur. Ondan əlavə, onun adına Əsədova məxsus bir neçə obyekt rəsmiləşdirilib. 

Bəlkə bu xanımın hansısa fövqəladə qabiliyyətləri var, bizim xəbərimiz yoxdur. Dövlət vəzifələrini bu şəkildə oyuncağa çevirmək və istismar etmək hansı qanuna sığır? Kimə ixtiyar verilib ki, əlinə mühüm dövlət postu keçdiyi ilk məqamda dost-tanışını yüksək vəzifələrə yerləşdirib, onlara genaral rütbəsini paylasın?  Maraqlı sual deyilmi, Məclisdə onlarla adama ev, maşın, sürücü verilmədiyi halda, Nigar Kazımova bir neçə evi, mühafizəçini, sürücü və başqa imtiyazları necə əldə edib? Axı hamını bu sual düşündürür ki, necə olur, peşəkar işçiləri vəzifədən çıxarıb kənara atır, katibələrə isə “general” rütbəsi verirlər? Hansı qanuna uyğunluğunu, hansı seçim kriteriyasının, hansı ədalətin nəticəsidir bu? Lakin Parlamentdə Kazımovanın şəxsi keyfiyyətlərini tərifləyirlər. Parlamentdə hər kəs bilir ki, Əsədovun ətrafında düşünməyi bacaran kadr bircə dənə Kazımova idi. Əsədovun diqər kadrları isə Məclisdə “avara” kimi tanınırlar. 

Hakimiyyəti devirmək planı və Mahmudovun “faydalı axmaqı”

Eldar Mahmudov Azərbaycan xalqının düşüncə tərzini, özəlliyini yaxşı bilirdi. Çünki DİN-nin və MTN-nin qaranlıq dəhlizlərində 20 il yetişdirilmişdi. Xəyanət necə edilir, xalq necə ovlanır, idarəetməyə, cəmiyyətə, qruplara necə nifaq salınır – bunları gözəl bilir, bacarırdı. Dövlət çevrilişini etmək üçün topladığı pulları da bu istiqamətdə sərf edirdi. Bu pullara Beynəlxaq bankın pulu da əlavə olunmuşdu və onların hamısı Əliyev hakimiyyətini devirmək üçün xərclənirdi. Mahmudov öncə döyüş bölgəsində adlarını xalqın yaxşı bildiyi, iki güclü hərbçini ya öz tərəfinə keçirməli idi, Parlament isə onun “cibində” idi. Parlamentin sədrindən tutmuş adi işçilərə gədər-Mahmudovçu idilər. Ölkəni də öz arzularında bölmüşdülər. Əsədov isə Mahmudov üçün faydalı “axmaq idi”, keçmiş spikerin bu işdə çox balaca rolu var idi. Mahmudovun spetsnazı Administrasiyanı, AZTV-nin, DİN-nin binasını götürəndə, Parlament növbədənkanar iclas elan etməli idi və fövqaladə vəziyyət elan edib hakimiyyəti MTN şefinə ötürməli idi. Bu planı bir neçə nəfər çox ciddi müzakirə edirdi. Mahmudov hakimiyyətə gələndə vəzifələri də bölmüşdülər. Məsələn, Mərkəzi Bankın sədri vəzifəsinə keçmiş deputat Çinqiz Əsədullayev getməli idi. Lakin plan hansısa səbəbdən baş tutmadı. Bu plan barədə Əliyev yalnız bu yaxınlarda bildi. MM Mahdudovun kadr və aqentləri ilə dolu idi. Bu kontekstdə qeyd olunmalıdır ki, indi artıq cəmiyyət üçün sirr deyil, lakin o zaman heç kəs bilmirdi ki,bir necə deputat və eks-spiker Əsədov Mahmudovun, aqentləri idi. Çövdarov agentura söhbəti ilə bağlı da məhməmədə bunları deyib: “Qəzetlərdə MTN agentləri ilə bağlı oxuyuram. Mən agentlərin adını çəksəm, nələr olacaq allah bilir. Danışsam, ölkədə vətəndaş müharibəsi düşər.  Hazırda vəzifədə olan məmurlar haqqında danışsam, nələr olacaq?” Nəzərə alınmalıdır ki, hakimiyyəti devirmək Eldar Mahmudovun öz planı idi və Çövdarovun bu plan haqda xəbəri olmayıb. Ona görə də o əfv olundu. Onun cinayyətləri ona bağışlandı. 

Deputatlar özlərini necə aparmalıdırlar?

Bu ölkədə deputat olan hər kəs artıq anlamalıdır ki, vəzifə ona babasından qalan vərəsəlik haqqı deyil. Ona etimad edilən kürsü ən peşəkar insanlardan komanda qurub xalqa  xidmət etmək üçün verilib. Kürsüdən sui-istifadə etmək, öz bacarıqsız dost-tanışlarını ətrafa, Parlamentə toplayıb dövlətin resurslarını israf etmək ədalətsizlik və namussuzluqdur. Bu ölkədə yeni düzən qurmağın, Parlamentə yalnız bacarıqlı insanları, haqq edənləri irəli çəkməyin zamanı çoxdan çatıb. Bu vacib məqam yeni işə başlayan parlamentin fəaliyyətində də əsas prioritet olmalıdır. Çünki parlament hər bir ölkənin qan damarıdır. O damar normal işləməyəndə bütün başqa orqanların da fəaliyyəti pozulur. Eynilə bizdə olduğu kimi. Bir dəfə, millət vəkili Fazil Mustafa Kanal13 TV-də canlı yayımlanan “Açıq sual” verlişinin qonağı olub və Parlamentin səviyyəsindən danışıb. Videoya izləyin. Parlamentin deputatlarına belə münasibətə son qoymaq lazımdır.


Keçmiş Parlament rəhbərliyi büdcədən necə oğurlayırdı?

Parlamentin rəhbərliyində duran adamlar ifrat dərəcədə dəbdəbə hərisi idilər. Onların bu hərisliyi hətta başqa ölkələrdən gələn həmkarlarının da heyrətinə səbəb olur. Parlamentin dəbdəbəli mebel və kreslolara böyük pullar xərcləyərək israfçılıq etdiyi yeni söhbət deyil. Bu məsələ kənardan gələn qonaqların dilindən də dəfələrlə etiraf olunub. Xatırlayırsınızsa, bir il əvvəl də Milli Məclisdə olan Rusiya dövlət dumasının deputatları MM-nin iclas zalındakı şah taxtına bənzəyən, dünyanın ən bahalı kreslolarından heyrətə gəldiklərini bildirmişdilər. Doğrudan da, hansı görməmişin, talançının ideyası olub iclas zalını elə kobud, bahalı kreslolarla bəzəmək? Gerçəkdənmi, bunların arasında bir məntiqli adam tapılmayıb, çıxıb desin ki, rəsmi iclas zallarını bu taxtlarla bəzəmək israfçılıqdan başqa, həm də böyük görməmişlikdir. Yeni sədr sələfinin təmtəraqlı taxtından imtina edib, başqalarına da bu mesajı verir. Azərbaycan parlamentində yeni qan dəyişikliyinə zəruri ehtiyac olduğunu hər kəs bilir. Təsəvvür edin, işlər idarəsinin əməkdaşları Əsədovun mülklərində və kommersiya obyektlərində təmir-tikinti işlərini aparırdılar. Onları Əsədov məcbur edirdi. Hansı ölkədə belə biyabırçılıqlar baş verə bilər?

MM-nin Aparat rəhbəri cənab Mirzəyev
Səfa Mirzəyevin parlamentin buraxılmasının hüquqi əsası olmadığını söyləməsi və təlaşlanması anlaşılan idi. Axı ona belə situasiya sərf edirdi. Mahmudovun “faydalı axmağı” Əsədov spikerdir, Məclisə real idarəetməni isə Səfa Mirzəyev həyata keçirirdi. İstefaya göndərilmə sırası ona da gələ bilər. Niyə də gəlməsin? Mahmudovçular parlamentin binasında, otaqlarda, nə quraşdırırdılar? Sizi, Səfa Mirzəyev, Mahmudov ora təyin etməmişdir. Siz bunu çoxdan unutmusunuz. Gözümüzü açandan Mirzəyevi parlamentdə görmüşük. Adam sovet klassiklərindəndir, Milli Məclisdə saç ağardıb. 1995-ci ildə yeni konstitusiya layihəsini hazırlayan komissiyanın üzvü olub. Deyirlər MM-də də özünü lap parlamentin memarı kimi aparır. Özünü ağsaqqallı, qarasaqqallı bütün deputatların böyüyü hesab edir. 
Bu parlament skandalları Səfa Mirzəyevin qardaşını da qurtara bilər. Aparat rəhbərinin adı böyük qanunsuzluqlarda hallanan yaxınlarından biri də qardaşı, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyevdir.  Səfa Mirzəyev, yeri gələndə hakim qardaşını da öz qanunsuzluqlarına şərik etməyi bacarır. İndi Mirzəyevin başının üstünü qara buludlar alıb və o da yaxınlaşan təhlükəni hiss edir. Çox keçmədən sıra ona da çatacaq. Böyük ehtimalla, yerinə uyğun kadr tapılan kimi, onu da yola salacaqlar. 
Lakin, qeyd olunmalıdır ki, Səfa Mirzəyev özünü səmimi məmur kimi göstərməyə çalışır və kadr təmizləməsi prosesin başında özü durmağa cəhd edir



Yeni spiker Məclisdə intriqalara son qoya biləcək?

Araşdırmalar zamanı bir ciddi faktla rastlaşdıq. Parlamentdən bir neçə nəfərin “sifarişi” verilib. Məsələn, Qorxmaz Hüseynovun “məhv etməsimi” Əsədov Mahmudovdan xahiş edib. Eyni zamanda, Qorxmaz Hüseynovun ailə üzvləri haqda kompramat hazırlayırdılar. Məsələn, Qorxmaz Hüseynovu “Gülənçilərlə” məhz Mahmudov əlaqələndirdi. O zaman cəmiyyətdə müzakirə olunurdu ki, Qoxmaz Hüseynov dəfələrlə Türkiyə Cümhuriyyətində Nurçuların fövqəladə dəvətlərində olmuşdur. O zaman Mahmudovçular dezinformasiya yaydılar güya ki, Qorxmaz Hüseynov Türkiyədə Nurçuların toplantısından xüsusi tapşırıq alıb və Azərbaycana qayıdan kimi Nurçulardan ibarət mühəndis, texniki işçilər şəbəkəsi yaratmışdır. İndi məlum olur ki, bu planın arxasında kimlər dururdu. Yeni Parlament qanunvericilik üçün nəzərdə tutulub, intriqalar yeri deyil. Güman edilir ki, yeni sədr bunu anlayır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button