2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Hakimiyyətin total təzyiqləri ucbatından…”

“Referendumla bağlı təşviqat qrupu yaratmaq üçün cəmi 4 Təşəbbüs qrupu MSK-ya 40 mindən çox seçici imzası təqdim edib”.

24saat.org-un verdiyi xəbərə görə, bunu Müsavat başqanı Arif Hacılı Feysbuk səhifəsində yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Partiya lideri bildirib ki, bunlar “YAP”, “Bələdiyyə”, “Vətəndaş Cəmiyyəti” və Müsavatın yaratdığı “Respublika” qruplarıdır: “İlk 3 qrup hakimiyyətə dəstək verən qruplardı.
Hər üçü artıq qeydə alınıb. Halbuki onların imzatoplama kampaniyasından bir xəbər yox idi. 60-dan çox dairədən 40 mindən çox imza toplanması belə xəbərsiz keçə bilməzdi”.

A.Hacılı qeyd edib ki, müsavatçıların imzatoplama kampaniyası isə hakimiyyətin total təzyiqləri ucbatından iki həftə ərzində ölkə gündəminin əsas mövzularından birinə çevrildi:
“MSK qanunvericiliyə tam əməl etməklə qeydiyyat üçün müraciət edən yeganə qrup olan ” Respublika” qrupunu qeydə alacaqmı? Məncə bu sualın cavabı çox mətləblərə aydınlıq gətirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button