2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehman Hüseynov ad gününü yenə həbsdə qeyd etdi

Bloqqer Mehman Hüseynov artıq ikinci ad günüdür ki, dəmir barmaqlıqlar arxasında keçirir

Bu gün həbsdə olan bloger Mehman Hüseynovun doğum günüdür.

24saat.org xəbər verir ki,Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mehman Hüseynovun 26 yaşı tamam olur.

Mehman Hüseynov yanvarın 9-u Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İXM-in 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib və Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunaraq sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq təşkilatlar onu Vicdan Məhbusu kimi tanıyaraq, onun məmurların korrupsiya iə əldə etdiyi əmlaklarla bağlı videolar çəkdiyinə və tənqidi mövqeyinə görə həbs edildiyini bəyan ediblər.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button