2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycanın gündəliyində Ermənistanla münasibətlərin normallaşması var

Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” “EU Today”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistanın qanunsuz rejimi hazırda tərk-silah edilib və Azərbaycan ərazisindən çıxarılıb. Bu o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəl yoxdur. Biz hesab edirik ki, bu, iki ölkə arasında ədavət və düşmənçilik fəslini dəyişdirmək və Azərbaycanın Ermənistan tərəfinə təklif etdiyi beş fundamental prinsip əsasında davamlı sülh yaratmaq üçün tarixi fürsətdir”, – o qeyd edib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Avrasiya xəritəsində ən uzanmış münaqişələrdən birinin həlli üçün model yaradıb.

O xatırladıb ki, ATƏT Qarabağ məsələsini həll edə bilməyib.

“Minsk qrupu uğursuzluğa düçar olub: Minsk qrupunun həmsədrliyi qurumu uğursuz olub, çünki bu qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qorumaq və davam etdirmək olub”.

Lakin Hikmət Hacıyevin fikrincə, “işğal və ədalətsizlik dönəmi artıq geridə qalıb”:

“Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var”.

“Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir. Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər”, – rəsmi Bakının nümayəndəsi diqqətə çatdırıb.

O vurğulayıb ki, hazırda regionda yeni reallıqlar yaranıb. Onun sözlərinə görə, “bu yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub”.

Daha sonra Hikmət Hacıyev Azərbaycanın Ermənistanla bağlı gələcək siyasətinə də aydınlıq gətirib: “Biz regionda ədalət prinsiplərinə söykənən, bir-birimizin ərazi bütövlüyünü və suverenliyini tanıyan və bir-birimizə qarşı bütün ərazi iddialarına son qoyaraq yeni regional təhlükəsizlik arxitekturasını qurmaq istərdik”.

O qeyd edib ki, Bakı iki ölkə arasında qarşılıqlı təması dəstəkləyir: “Düşünürəm ki, biz sülh razılaşmasına gəlməliyik. Sonra düşünürəm ki, digər tərəfdaşlar da bu razılaşmanı dəstəkləyə bilər”.

“Əvvəla, sülh və regional təhlükəsizlik Brüsseldə deyil, Parisdə deyil, Vaşinqtonda deyil, Moskvada və ya başqa yerdə deyil. Sülh bölgənin özündədir”, – Hikmət Hacıyev xatırladıb.

O, Aİ institutlarının Azərbaycana münasibətindən danışaraq, xüsusilə Avropa Parlamentinin müəyyən dairələrində azərbaycanofobiya və ya islamofobiya hisslərinə toxunub:

“Bu həm də Aİ-nin regional resurslarda ambisiyaları və maraqları üçün çox da faydalı deyil. Avropa Şurasının bu yaxınlarda Azərbaycanla bağlı gərəksiz tənqidləri ehtiva edən lazımsız bəyanatını da nəzərə almışıq… Azərbaycan əraziləri işğal altında olanda Avropa qurumları heç vaxt Azərbaycana qarşı ədalətli olmayıblar”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button