2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hollandiyada Cümə namazı bir qadın tərəfindən qıldırıldı


Hollandiyada Cümə namazı ilk dəfə bir qadın tərəfindən qıldırılıb.

ABŞ-lı müsəlman qadın, teoloq, elmlər doktoru Amina Vadud Amsterdamdakı Paradiso Konsert salonunda namaz qılan camaata pişnamazlıq edib. ABŞ-da müsəlman qadınların hüquqları sahəsində gördüyü işlərlə gündəmə gələn Amina Vadud Hollandiyadakı bir düşüncə mərkəzinin dəvəti ilə Amsterdama gəlib. O, Paradiso Konsert salonunda Cümə namazı qıldırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“TROUW” qəzetinin yazdığına görə konsert salonu məcburi bir seçim olub. Çünki Hollandiyadakı müsəlmanlara aid üç böyük təşkilat- Diyanət, Hollandiya Müsəlmanlarının Məşvərət heyəti və Faz Məscidlər Şurası Vadudun Cümə namazı qıldırmasına icazə verməyib.

Müsəlman təşkilatlarının nümayəndələri bir qadının Cümə namazı qıldırmasının alışılmış bir vəziyyət olmadığını bildirib. Amsterdam Azad Universitetnin İslam Araşdırmaları bölümünün müəllimi Məhəmməd Ajouaouyə görə “qadınların cinsi cazibədarlığı səbəbiylə” imamlıq etməsi uyğun deyil.”

Hollandiyalı İslam mütəxəssisi və feminist Anne Dijka görə isə Amina Vadud’n Cümə namazı qıldırması böyük bir hadisədir. Namazın xalqa açıq mühitdə qılınması da bu hadisəni daha xüsusi edir.”Kiçik, bağlı və mütərəqqi müsəlman qadın qrupları arasında qadın imamlar olduğunu” bildirən Dijk Vadudun çox əhəmiyyətli bir addım atdığını söyləyib. İlk dəfə 2005-ci ildə Nyu- Yorkda qıldırdığı Cümə namazı ilə gündəmə gələn Vadud 2008-ci ildə də bunu Londonda təkrar etmişdi.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button