2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Human Rayts Voç təşkilatının Qarabağda müharibə zamanı məktəblərdən hərbi məqsədlərlə istifadə edilməsinə dair araşdırması

Bakı/08.09.21 Bu gün Human Rayts Voç beynəlxalq hüquq- müdafiə təşkilatı “Müharibədən çıxarılan  dərslər: 2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişə zamanı məktəblərə edilmiş hücumlar” adlı araşdırmanı yayıb.

Araşdırmada qeyd olunur ki, uşaqlar ötən ilin payızında hərbi əməliyyatların ilk günündə qurban olublar.

27 sentyabr 2020-ci il tarixində atılan mərmi Viktoria Gevorgyanı öldürdü. Onun cəmi 9 yaşı vardı. Mərmi onun yaşadığı Martuni rayonundakı (Xocavənd rayonu) evinin həyətinə düşmüşdü. Elə həmin gün digər bir mərmi  Azərbaycanın Qaşaltı kəndində (Goranboy rayonu) 13 yaşlı Şəhriyar Qurbanovu və onun 14 yaşlı əmisi qızı Fidan Qurbanovanı ailənin digər üç üzvü ilə birlikdə evlərinin həyətindəcə öldürdü”, – hesabatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Növbəti altı həftə ərzində döyüşlərdə 150-dən çox mülki vətəndaş öldürüldü. Viktoriya, Şəhriyar və Fidan ölənlər arasında tək deyildilər: müharibə zamanı daha 10 azərbaycanlı uşaq öldürülmüşdü.

Rəsmi mənbələrə əsasən, ikisi Ermənistan Respublikasında olmaqla erməni tərəfində ən azı 71 məktəb, Azərbaycanda 54 məktəb dağıdılıb və ziyan dəyib. Bir sıra uşaq bağçası, incəsənət və idman məktəbləri, texnikumlar hücuma məruz qalıb.

Dağlıq Qarabağda bəzi məktəblərdən səhra hospitalları və kazarmaları kimi istifadə olunurdu; məktəblərin bir hissəsi yerli sakinlər və hərbi qulluqçular tərəfindən talan edilib.

Hesabatda Tərtər və Bərdə şəhərlərində, Tərtər, Ağdam rayonlarının kəndlərində mərmilərin uşaq bağçalarına və məktəblərə düşməsi faktları əks olunub.

Oktyabrın 17-də gcə iki Scud-B ballistik raket Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni vuraraq 21 nəfərin ölümünə səbəb olub. İlk partlayış Muxtar Hacıyev küçəsindəki evləri dümdüz edərək 250 metr aralıda yerləşən 29 saylı orta məktəbi və 10 saylı uşaq bağçasını dağıdıb. Zərbə hətta 850 metr aralıda yerləşən 18 saylı məktəbin pəncərələrini sındırıb. Hücum zamanı 10 mülki vətəndaş evlərində həlak olub. Onların dördü 29 saylı məktəbin şagirdləri  olub – 11 yaşlı Orxan, onun bacısı 6 yaşlı Məryəm, həmçinin onların digər bacısı və anası; nənəsi tərəfindən himayə edilən 13 yaşlı Artur və digər 4 ailə üzvü ilə birlikdə həlak olan  14 yaşlı Nigar.

Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə – Xankəndi, Xocavənd və Xocalı rayonlarında da məktəblərə ziyan dəyib. Ermənistan tərəfi məktəblərdən hərbçilərin  yerləşdirilməsi üçün istifadə edirdi.

1 saylı məktəb işçilərinin sözlərinə görə, Martuni (Xocavəndə) şəhərində təmirə başlamaq mümkün olmayıb, çünki noyabrın 10-da məktəbdə “Arsax müdafiə ordusu”nun hərbi qulluqçuları yerləşdirilib. Dekabrın 19-da hərbçilər məktəbi azad ediblər.

Məktəbə qayıdandan sonra müəllimlər aşkar ediblər ki, oranın əmlakı qarət edilib.

“Bizim kompüterlər oğurlanıb”, – müəllimlər şikayətlənib. O cümlədən səkkiz planşet və iki noutbuk çıxarıblar, onlar yeni gətirilmişdi, hətta açılmamışdı. Həmçinin onların kimya laboratoriyasının avadanlıqlarını, eləcə də kseroks və telefonlarını da aparıblar – araşdırmada qeyd olunur.

Ağdərə şəhərində 2 saylı məktəb də talan edilib. Atəş dayandırıldıqdan sonra da məktəblərdən hərbi məqsədlər üçün istifadə edilməsinə dair  bir neçə hal olub. Məsələn, noyabrın sonlarında Laçında 1 saylı yerli məktəbdən erməni qüvvələri kazarma kimi istifadə edirdi.

Cəbhə xəttinin hər iki tərəfində, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi məktəblərin tikintisi və təmirilə bağlı bu tədris ilində bütün uşaqların məktəbə çıxışını təmin etmək öhdəliyini öz üzərinə götürməlidirlər.

Ermənistan və Azərbaycan  2020-ci il münaqişəsi zamanı ziyan dəymiş ərazilərdə insan haqları pozuntularının qeydə alınması, insan haqlarının vəziyyəti, ortaya çıxan problemlər və risklər haqda mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması üçün beynəlxalq və müstəqil insan haqları monitorinq qruplarının ərazidə iştirakını təmin etməlidir. Yerevan və Bakının beynəlxalq tərəfdaşları ərazidə belə bir monitorinqin təşkil olunması ilə bağlı açıq çağırış etməlidir. –06D-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button