2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Hüquq müdafiəçisi yoxa çıxıb?

Hüquq müdafiəçisindən bir neçə saatdır xəbər yoxdur, telefonu söndürülüb

Saytların yığılması Saytlarin yigilmasi

Hüquq müdafiəçisindən bir neçə saatdır xəbər yoxdur, telefonu söndürülüb.

Bu barədə Amerikanın Səsinə onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsi -nin Vasif adlı qərargah rəisi onu BMCMİ-nə çağırmışdı.

“Biz 10 gun əvvəl Yevlax Polis idarəsinə getmişdik. Bir neçə gün əvvəl BMCMİ-nin Vasif adlı qərargah rəisi onu BMCMİ-nə çağırmışdı. Birlikdə getmək istədiyimizi bildirəndə daha ehtiyac olmadığını bildirmişdi.”deyə vəkil deyib.

Vəkil hazırda Daxili İşlər Nazirliyinin Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gedəcəyini onunla görüşə cəhd edəcəyini deyib.

Jurnalist Xədicə İsmayıl facebook səhifəsində yazıb kiB.Süleymanlı. Son günlərdə ailəsi və özü dəfələrlə təzyiqə məruz qalıb. Bu gün yoxa çıxmazdan əvvəl xanımına zəng vurub, gəlməyəcəyini deyib, dostlara xəbər verməsini istəyib.

Xatırladaq ki, Süleymanlı seçkilərin monitorinqini həyata keçirən və müstəqil qiymət verən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktorudur. 2014-cü ildə Süleymanlı iqtisadi cinayətlər ittihamı ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan o, vaxtından əvvəl azad olunub.

Hazırda o, Vətəndaş Hüquqları İnstitutuna rəhbərlik edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button