2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İcra başçılarının Milli Məclisdə vəzifə tutan övladları SİYAHI

Yüksək vəzifə tutan məmur övladlarının ölkənin qanunverici orqanında müxtəlif postlara yerləşdirilməsi ənənə halını alıb. Gununsesi.info Milli Məclis Aparatında çalışan yüksək vəzifəli şəxslərin övladları ilə bağlı araşdırma aparıb. Araşdırmamızın birinci mərhələsində şəhər və rayon icra hakimiyyəti başçılarının övladları yer alıb.

Milli Məclisdə çalışan bu şəxsləri siz də tanıyın:

Uzun illər müxtəlif rayonlarda icra hakimiyyətinin başçısı vəzifəsini tutan Mübariz Ağayevin oğlu Hüseyn Ağayev Milli Məclis sədrinin müavininin köməkçisi işləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun oğlu Fuad Məmmədov  Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdir müavini vəzifəsini tutur.

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev də parlament aparatında çalışır.

Bundan başqa Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun oğlu Ramil İsaqov da Milli Məclisdə mühüm post tutan məmur uşaqlarındandır.

Bakının Nizami Rayon icra hakimiyyətinə rəhbərlik edən Arif Qasımov da oğlunu (Fuad Qasımov) Milli Məclisdə yerləşdirənlərdəndir.

Abşeron Rayon icra hakimiyyəti başçısı İradə Gülməmmədovanın oğlu Məhəmməd Gülməmmədov da parlament aparatında çalışır. Onun qardaşı oğlu İlkin Qəhrəmanov da onun oğluyla birlikdə Milli Məclisdə işlə təmin olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button