2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İcra başçısı Yasamalda ağac qoymadı – Qətliam

Yasamal rayon İcra Hakimiyyətinin başçısı metronun “20 Yanvar” stansiyası ətrafında yaşıllıqları məhv edib.

24saat.org xəbər verir ki, İbrahim Mehdiyev ağacları kəsdirib və əraziləri qarış-qarış satıb. Hazırda “20 Yanvar” dairəsinə gedən yolun hər tərəfi ticarət obyektləri ilə əhatə olunub. Daha əvvəl Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında “ağac soyqırımı” aparılıb. Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin (Eksperimentalnı) axasındakı ərazidə yaşı 25-30 il aralığında olan ağaclar kəsilib. Bu ərazi 2 il əvvəl Ramiz Cabbarlı adlı sahibkara satılıb. Həmin vaxt ərazidə 53 ağac kəsilib. Yasamalın icra başçısının rayonu viran qoyması, yolların bərbad günə qalması, yaşıllıqlara divan tutulması barədə yaxın günlərdə geniş reportaj təqdim edəcəyik.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button