2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İcra başçısının oğluna 40 manata satılan bazar 

Yayımlandı: 16 Dekabr 2022 21:30

“O bazarın 90 faizini mənim şirkətim tikib”

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi dekabrın 16-da davam etdirilib. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu dəfə sabiq icra başçısının məhkəməsində “Ağstafa Su Tikinti” ASC Şəmkir Bina, Körpü, Yol və Su Tikintisi quraşdırma İdarəsinin müdiri, “Şəmkir bazarı” MMC-nin sədri Vaqif Məmmədov ifadə verib. Cinayət işinin materiallarında yazılıb ki, keçmiş icra başçısı ondan 218 min manatdan çox rüşvət alıb. Bu vəsait icra başçısına köməkçisi Mahir Əliyevin vasitəsilə çatdırılıb.

Vaqif Məmmədov məhkəmədə bildirib ki, “Şəmkir Səbəti” bazarının paylarının bir hissəsi oğlu Orxan Məmmədliyə məxsusdur. Digər hissəsi isə Alimpaşa Məmmədovun oğlu Adil Məmmədov və köməkçisi Mahir Əliyevin arasında bölüşdürülüb.

Cinayət işinin materiallarında göstərilib ki, bazar onlara cəmi 40 manata satılıb. Daha doğrusu, satış cəmi 40 manata rəsmiləşdirilib.

Vaqif Məmmədov isə deyir ki, o bazarın tikinti işlərinin 90 faizini onun şirkəti görmüşdü.

Sabiq icra başçısının məhkəməsi dekabrın 22-də davam edəcək.

Alimpaşa Məmmədovla bağlı istintaq dövründə onun maral ferması ortaya çıxmışdı. Bu haqda cinayət işində ifadələr də var. Məlumata görə, marallar da sabiq icra başçısından alınıb. Əvvəllər Şəmkirin Kür qəsəbəsində saxlanılan marallar Xızı rayonuna aparılıb.

2014-2021-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Alimpaşa Məmmədov 2021-ci il aprelin 29-da Şəmkirdə icra hakimiyyətinin binasında DTX keçirdiyi əməliyyat nəticəsində həbs edilib. O, icra başçısı vəzifəsindən öncə 3 il Bakı Şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Onun həbsindən sonra özünün və yaxınlarının 10 milyondan çox dəyərdə əmlakı üzərinə həbs qoyulub. Onların arasında “Abad Şəmkir” MMC – qida məhsulları istehsal zavodu, “Az Farel” MMC – balıq yetişdirmə və emalı  müəssisəsi və Bakıda mənzillər də var.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlaxdan başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir və Şəmkir rayon icra hakimiyyətlərində də bənzər əməliyyatlar keçirilib. Həbs edilən icra başçılarının Alimpaşa Məmmədov olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button