Loading...
Loading...
SEÇMƏ

İlham Əliyev xidmətə yeni rəis təyin edib

Yayımlandı: 15 İyul 2022 15:45

İlqar Musayev DTX rəisinin müavini vəzifəsindən azad edilib

İlqar Musayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin müavini vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev iyulun 15-də sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə İlqar Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin olunub.

2012-ci ildə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Agentliyi yaradılıb.

2020-ci ildə isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb.

1992–2020-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinə Vaqif Axundov rəhbərlik edib.

Meydan TV

Gözdən qaçırmayın:  Ukrayna ordusuna qoşulan sənətçi ad gününü səngərdə qeyd edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button