2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏXəbərlər

İlham Əliyev köhnə komandaya məğlub olur – Təhlil

2016-ci il sentyabrın 26-da keçirilən referendumdan sonra hakimiyyət komandasında ciddi dəyişikliklərin olacağı barədə proqnozlar verilməyə başladı. Güman edilirdi ki, referendum prezident İlham Əliyev üçün komandanı dəyişmək baxımından mühüm siyasi aktdır. Şəxsən prezidentin referendumun müəllifi kimi qələmə verilməsi bu ehtimalı bir qədər də gücləndirirdi. Hətta müxalifətin referendumu avtoritarizmi gücləndirmək məqsədilə mürtəce addım kimi qiymətləndirməsi də ictimaiyyəti ciddi silkələmədi. Çünki qeyd etdiyimiz kimi ümumxalq səsverməsinin köhnə qvradiyanı sıradan çıxarmaq üçün düşünülmüş plan olduğuna qəribə inam var idi. Gözlənilirdi ki, uzun illər nazir postunda oturmaqla artıq marginallaşmış məmurlar istefaya göndəriləcək və islahatların qarşısı açılacaq. Hətta növbədənkənar seçkilər keçirilərək Milli Məclisin də tərkibi seçilmiş deputatlardan formalaşdırılacaq.

Doğrudur, bu gözləntiləri qeyri-ciddi hesab edənlər də var idi. Lakin hər halda, cəmiyyətdə dəyişiklik ab-havası hökm sürürdü.

Referendumdan sonra gözlənilənlər baş vermədi. Nə növbədənkənar seçkilər keçirildi, nə də komandada dəyişiklik baş verdi. Hətta birinci vitse-prezident təyinatı düyünə düşdü.

Saytların yığılması Saytlarin yigilmasi

Nəhayət, bu ilin fevralında prezident birinci vitse-prezident təyinatını gerçəkləşdirə bildi. Xanımı Mehriban Əliyevanı bu posta təyin etməsi ölkə müxalifəti tərəfindən sülalə hakimiyyətinin rəsmiləşdirilməsi kimi qiymətləndirildi. Lakin siyasi şərhçilər üçün bu məsələdə maraqlı məqamlardan biri də bundan sonra hakim komandada düzənin necə olcağıdır. Hələ ki, İlham Əliyev birinci vitse-prezident təyinatı ilə kifayətlənib. Vitse-prezidentin təyin olunması reallaşmayıb. Həmçinin Nazirlər Kabinetinin buraxılacağı ilə bağı mülahizələr özünü doğrultmayıb. Proses uzandıqca hakimiyyət daxilində vəziyyətin ürəkaçan olmadığı barədə məlumatlar artır.

Müşahidələr də göstərir ki, İlham Əliyev komandada ciddi dəyişiklik etməyə həvəsli görünmür. Ola bilər ki, prezidentin belə bir niyyəti var. Amma görünən budur ki, indiki status-kvonu dəyişmək onun üçün o qədər də asan deyil. Səbəb isə çox sadədir. Hakimiyyət komandası oliqarxlardan ibarətdir. İqtisadi gücə malik, illərlə bir vəzifədə kök atmaqla mövqeyini möhkəmlətmiş, mediaya, QHT-lərə, siyasi partiyalara sahib məmurları yerindən tərpətmək ciddi fəsadlara səbəb ola bilər.İlham Əliyev də bunun fərqindədir. İndinin özündə belə, prezidentin onlara etibarı çox deyil.

Bütün bunlar isə İlham Əliyevin yenə də köhnə komanda ilə işləcəyini və ənənəvi idarəetmənin davam edəcəyini deməyə əsas verir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button