2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İlham Əliyevin qatı müdafiəçisi saxlanıldı – ATA ABDULLAYEV şantajda ittiham olunur

Videobloger kimi fəaliyyət göstərən Ata Abdullayev saxlanılıb.

“24 saat”ın məlumatına görə, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı maddə ilə ittiham olunduğu barədə hələlik rəsmi məlumat yoxdur.

Məlumat üçün bildirək ki, bəzi mətbu orqanlar bloqqerin şantaj yolu ilə külli miqdarda pul tələb etdiyinə görə saxlanıldığı xəbərini dərc edib. 

Xatırladaq ki, Ata Abdullayev daha çox ölkə başçısı İlham Əliyevi mədh edən çıxışlar və müxalifət əleyhinə səsləndirdiyi ağır ittihamlarla gündəmə gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun YAP-ın VII qurultayı günü (5 Mart 2021) Ramiz Mehdiyevlə dialoqu sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button