2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İmtahanın nəticələri nə vaxt açıqlanacaq?

Abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər iyulun 18-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər.

24saat.org Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinə istinadən xəbər verir ki, görə, imtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) Mərkəzin internet saytının “Elektron xidmətlər” bölməsində >”DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı “> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Bildirilib ki, yaxın günlərdə abituriyentlər, müəllimlər, ekspertlər, valideynlər I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
Qeyd olunub ki, hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.
İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button