2023-02-15 12:55:27
İndoneziyada Qərbi Papua Milli Azadlıq Ordusu (TPNPB) adlı silahlı separatçı qrup Nduqa bölgəsinə endikdən sonra Susi hava yolu şirkətinin pilotu Filip Mehrtens-i girov götürüb. Separatçı qrup Papuanın müstəqilliyi hökumət tərəfindən tanınmayana qədər pilotun buraxılmayacağını açıqlayıb. Qrupun verdiyi açıqlamada pilotun istifadə etdiyi kiçik təyyarənin yandığı, girov götürülən Mehrtensin vəziyyətinin yaxşı olduğu bildirilib.
İndoneziya rəsmiləri isə pilotun təhlükəsizliyini təmin etmək üçün ilk növbədə separatçıları razı salmağa yönəlmiş bir yanaşma tətbiq etdiklərini açıqlayıblar. Bildirilib ki, pilotun buraxılması üçün iş davam edir.
Yeni Zelandiya Xarici İşlər və Ticarət Nazirliyindən hələlik ətraflı açıqlama verilməyib və hadisə ilə bağlı onlara məlumat verilib.
Əvvəllər Hollandiyanın nəzarətində olan Papua 1961-ci ildə müstəqilliyini elan etsə də, 1963-cü ildə İndoneziya bölgəyə nəzarəti ələ keçirdi.
Tərcümə“24 SAAT”