Bizim tərcümə

İndoneziyada 99 ölümdən sonra bütün şərbətlər və maye dərmanlar qadağan edildi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-20 15:03:02

Cəmi bir neçə həftə əvvəl Qambiyada öskürək siropu 70 uşağın ölümünə səbəb olmuşdu. İndoneziyada səlahiyyətlilər, bəzi şərbətli dərmanların tərkibindəki maddələrin kəskin böyrək zədələnməsinə səbəb olduğunu və son bir ildə 99 uşağın ölümünə səbəb olduğunu bildirdi.

Bu dərmanların yerli istehsal, yoxsa xaricdən gətirildiyi məlum deyil. İndoneziyada səhiyyə rəsmiləri bu gün verdiyi açıqlamada uşaqlarda 200 böyrək zədələnməsi hadisəsi aşkar etdiklərini bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, bu uşaqların əksəriyyəti beş yaşından aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son həftələrdə Qambiyada 70-ə yaxın uşağın ölümünə səbəb olan öskürək siropu ilə bağlı xəbərdarlıq edib.

Ümumdünya Səhiyyə Təşkilatı Hindistan əczaçılıq şirkəti tərəfindən istehsal edilən şərbətlərin tərkibində dietilen qlikol və etilen qlikolun “qəbuledilməz səviyyədə” olduğunu bildirib. ÜST rəsmiləri bildiriblər ki, bu şərbətlər “potensial olaraq kəskin böyrək zədələnməsinə səbəb olur”.

İndoneziya Səhiyyə Nazirliyinin bugünkü açıqlamasında, ölkədə istifadə edilən bəzi maye dərmanlarda eyni kimyəvi komponentlərin istifadə edildiyi bildirilib. Səhiyyə naziri Budi Günadi Sadikin “Beş yaşından kiçik uşaqlara verilən şərbətlərin bəzilərinin tərkibində olması lazım olduğundan daha çox dietilen qlikol və etilen qlikol olduğu ortaya çıxdı” deyib.

Lakin Sadıqin bu zəhərli dərmanın neçə nəfərə təsir edəcəyini dəqiq açıqlamayıb. İndoneziya rəsmiləri Qambiyada istifadə edilən öskürək siroplarının istifadə edilmədiyini bildiriblər.

Bir epidemioloq İndoneziyada faktiki ölüm nisbətinin daha yüksək ola biləcəyini söylədi. BBC İndoneziyaya danışan İngiltərədəki Qriffit Universitetinin epidemioloqu Diki Budiman, “Belə hadisələrdə gördüyümüz əslində aysberqin görünən hissəsidir. Bu qədər çox insan təsirlənmiş ola bilər” dedi.

İndoneziyada səlahiyyətlilər uşaqlarda xəstəlik və ölümə səbəb olan şərbətlərin növlərini və markalarını hələ açıqlamayıblar. Hazırda ölkədə bütün şərbət və maye dərmanların satışı dayandırılıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button