2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İran Azərbaycana nota verib

Yayımlandı: 14 Noyabr 2022 15:32

“Heç kim İranın səbrini zəiflik kimi qəbul etməməlidir”

“Heç kim İranın səbrini zəiflik kimi qəbul etməməlidir. Region ölkələrinin tarixi məlumdur. Bizim siyasətimiz xüsusən Azərbaycan dövləti və xalqı ilə mehriban qonşuluq, dostluq və qardaşlıq əlaqələrini qoruyub saxlamaqdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fikirlər İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin noyabrın 14-də Azərbaycana verdiyi notada əks olunub.

Nazirliyin bəyanatında deyilir ki, regiondan kənar əllərin İranın bəzi qonşuları ilə əlaqələrini pozmağa çalışması şübhəsizdir:

“Ümid edirik, qonşuluqdakı dostlarımız başqa ölkələrin daxili işinə qarışmamaq siyasətindən çıxış edəcəklər”.

Noyabrın 11-də Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Səfirin XİN-ə çağrılmasına səbəb kimi Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması göstərilmişdi.

Elə həmin gün İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmışdı.

“Görüşdə, son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb”, – deyə nazirlik vurğulamışdı.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button