2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran İlham Əliyevə “şeytanın qurduğu tələlər” barədə xəbərdarlıq edib

Bakı/16.10.21 İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İranın Qafqaz vasitəsilə narkotrafika bağlı olması barədə Azərbaycan prezidenti İlham Əliyevin ittihamlarını şərh edib. Azərbaycan prezidenti bu ittihamları Müstəqil Dövlətlət Birliyi  ölkələrinin toplantısında səsləndirib, İRNA bildirir.

“Ötən il Azərbaycan İranın dövlət sərhəddinin yaxınlığındakı və 30 il Ermənistanın nəzarətində  olan 130 kilometrlik yola öz nəzarətini bərpa etdikdən sonra   Cəbrayıl vasitəsilə (Crakan) İrandan Ermənistana və Avropaya narkotrafiki dayandırıb”, – oktyabrın 15-də Əliyev Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının toplantısında bildirib.

“Qonşuların prinsip və tələblərinə məhəl qoymamaq, yalan və qeyri-konstruktiv bəyanatlar düzgün və sağlam düşüncə əlaməti deyil. Beynəlxalq birliyin narkotiklərlə mübarizənin qəhrəmanı kimi tanıdığı ölkəyə qarşı ittihamların natiqin sözlərini gözdən salmaqdan başqa heç bir effekti yoxdur”, –  Şamxani Tvitter-də yazıb.

Saytların yığılması Saytlarin yigilmasi

O, Əliyevə “şeytanın qurduğu tələlər” barədə xəbərdarlıq edib

Bundan öncə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə də Müstəqil Dövlətlər Birliyinin toplantısında Əliyevin İrana qarşı yeni bəyanatlarını rədd edib. “Bu cür ittihamlar ancaq İsrailin maraqlarına xidmət edir ki, bu da İran və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinin pisləşməsinə yönəlib”, – Xatibzadə vurğulayıb.–0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button