2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İran və Azərbaycan prezidentlərinin vəd edilmiş görüşü baş tutmayıb

Novruz bayramı ərəfəsində İran və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı  İranın Azərbaycandakı səfiri Abbas Seyid Musəvinin məlumatı təsdiqlənməyib.

Bundan öncə səfir Azərbaycan KİV-ə müsahibəsində bildirib ki, iki ölkənin prezidentləri İran-Azərbaycan sərhədində Xudafərin körpüsü ərazisində görüşəcəklər. Orada Xudafərin və Qız Qalası su-elektrik stansiyaları hidroqovşaqlarının açılış mərasimi olacaq.

Bakı və Tehran səfərin ləğvinin səbəbini açıqlamayıblar. İrandakı bəzi mənbələrə görə,  Rəisinin Azərbaycana səfərinin ləğv edilməsinin səbəbi eyni vaxtda NATO baş katibi Stoltenberqin Azərbaycana səfəri ola bilər ki, bu da Tehranın “xoşuna gəlməyə bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button