2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İran Xarici İşlər Nazirliyi nəqliyyatçılara Qarabağa getməmək barədə xəbərdarlıq edib

Bakı/20.10.21 Oktyabrın 20-də İranın Mehr agentliyi bildirib ki, bu ölkənin nəqliyyat şirkətlərinin Qarabağa və Laçın rayonuna girişinə qadağa qoyulub.

Agentliyin məlumatında deyilir ki, İranın Beynəlxalq Daşımalar İdarəsinin direktoru Məhəmməd Cavad Hedayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına xüsusi müraciət ünvanlayıb. O, İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli direktivinə istinadən xəbərdarlıq edib ki, onun təşkilatı Azərbaycan Respublikasının ərazisinə bu ölkənin rəsmi sərhədlərindən kənardan istənilən girişi Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirəcək.

Əsasən müraciətdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və Laçın rayonlarına Ermənistan vasitəsilə girişin qadağan olunduğu qeyd edilir. Həmçinin Dağlıq Qarabağ regionu ilə hər hansı ticarət sazişinin imzalanması və nəqliyyat şirkətlərinə bu regiona müşayiətedici sənədlərin verilməsi qadağan edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Beləliklə, Tehran Bakının tələblərini nəzərə alıb, lakin bundan öncə bunu etmək istəmirdi. İran yükdaşıyanlarının bu tələblə a necə əməl edəcəyini yoxlamaq qalır.

Xatırladaq ki, İranın yük maşınları Bakının tələbinə məhəl qoymadan yükləri birbaşa Qarabağa aparırdılar.  Buna cavab olaraq Azərbaycan gömrüyü Ermənistandan Azərbaycana gedən yol sahəsilə gedişə görə iranlılardan 360 dollar məbləğində rüsum almağa başlayıb. Bundan əlavə, Qarabağa getməməklə barədə xəbərdarlığa məhəl qoymayan  iki sürücü həbs olunub. -02B-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button