2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaGündəmSiyasət

İrandan çox sərt “qisas” açıqlaması: “Hücumun arxasında ABŞ və Səudiyyə dayanır”

İranın paytaxtı Tehran şəhərində baş vermiş terror aktından sonra İran hökumətindən çox sərt açıqlamalar verilib.

 

“Ölkə.Az” xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun yaydığı məlumatda baş verən terror aktına görə şiddətli intiqam alacaqları bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu gün Tehranda baş verənlər üçün intiqam alınacaq. Hücumun arxasında Səudiyyə Ərəbistanı var”, – deyə məlumatda bildirilib.

Həmçinin açıqlamada ABŞ-ın da adı hallanıb.

“Bu terror aktı ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı kralının görüşündən bir həftə sonra baş verdi. Bununla da, İŞİD-in təşkil etdiyi bu hücumda onların də əlinin olduğu sübut olundu”, – deyə bildirilib.

İran İnqilab keşikçiləri Ordusunun komandir müavini, briqada generalı Hüseyn Salami də hadisə ilə bağlı hiddətli çıxış edib.

“Şübhəsiz ki, bu gün baş verən terror aktına görə, terrorçulardan, onlarla bağlı olan qüvvələrdən, onları dəstəkləyənlərdən mütləq intiqam alınacaq”, – deyə Hüseyn Salami bildirib.

Qeyd edək ki, bu gün İran parlamentinə və Xomeyninin türbəsinə silahlı hücum nəticəsində 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb. İŞİD terror qruplaşması edilən hücuma görə məsuliyyəti öz boynuna götürüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button