Loading...
Loading...
Cəmiyyət

İsa Qəmbər Dövlət Sosial Müdafiə Fondunu məhkəmə verib

Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər ona təyin olunan pensiya məbləğinə görə Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəmə verib.

Bunu açıqlamasında vəkili Nemət Kərimli bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı müvafiq məktub birinci gün Bakı İnzibati Məhkəməsinə göndərilib. Vəkil qeyd edib ki, işin gedişi ilə bağlı ictimaiyyət müntəzəm olaraq məlumatlandırılacaq.

Xatırladaq ki, İsa Qəmbərə 180 manat pensiya təyin olunub. DSMF-nin məsələ ilə bağlı yaydığı açıqlamada isə bildirilmişdi ki, İ.Qəmbərin fərdi hesabında əmək pensiyasının təyinatı üçün tələb olunan qədər pensiya kapitalının olmadığı, eyni zamanda, əmək kitabçasında sığorta stajının 25 ildən az olduğu müəyyən edilib. Bu səbəbdən ona yaşa görə pensiya deyil, yaşa görə müavinət (180 manat) təyin olunub. (Qafqazinfo)

24 saat” “İsa Qəmbər Dövlət Sosial Müdafiə Fondunu məhkəmə verib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Hansı ölkələrə vaksin pasportu olmadan getmək mümkündür?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button