Loading...
Loading...
SEÇMƏ

İsfar Sarabski 14 “Qremmi” sahibi ilə eyni səhnədə

Yayımlandı: 21 İyul 2022 18:30

Festival açıq havada keçirilib

Əməkdar artist, pianoçu və bəstəkar İsfar Sarabski Fransada keçirilən “Jazz à Sète” caz festivalında iştirak edib.

Tədbirdə onu kontrabasda Makar Novikov, zərb alətində Saşa Maşin müşayiət edib.

Azərbaycanı təmsil edən musiqiçilər amerikalı pianoçu və bəstəkar, 14 “Qremmi” mükafatı laureatı Herbi Henkokla eyni səhnəni bölüşüblər.

“Jazz à Sète” caz festivalı 1988-ci ildən etibarən hər iyul ayında “Théâtre de la Mer”da keçirilir.

Festivalın unikallığı ondadır ki, bütün axşam konsertləri açıq havada, Aralıq dənizi fonunda təşkil olunur.

Builki festival iyulun 15-dən 21-dək davam edib.

İsfar Sarabski 1989-cu ildə Bakıda doğulub.

Azərbaycan opera müğənnisi, Xalq artisti Hüseynqulu Sarabskinin nəticəsidir.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak edib.

2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikov (kontrabass) ilə bərabər “İsfar Sarabskinin triosu”nu yaradıb.

Sarabskinin triosu Amerikanın və Avropanın bir çox festivalında və konsertlərində iştirak edib.

Mənbə: 1news.az

İsfar Sarabski həm də “Royal Philharmonic Concert Orchestra” ( Kral Filarmonik konsert orkestri ), Oleq Lundstremin orkestri ilə bərabər – İgor Butman, Ben Williams, Mark Guiliana, Alan Hampton, Pat Senatore, Greg Swiller, Erik Klass, Christian Veber, Samuel Rohrer, Malcolm Creese, James Maddren kimi musiqiçilərlə də çıxış edib.

Sarabski “Novruz”, “G-Man”, “Generation”, “Edge”, “Deja Vu”, “Грустный вечер”, “Last Chance”, “Preludiya”, “Agent”, “Revival”, “Eastern Market”, “Now I’m Here”, “In Transit to New York”, “Buta”, “Lullaby”, “Limping Stranger”, “Cobra Dance”, “In Memory of V. Mustafazade” əsərlərinin müəllifidir.

O, 2009-cu ildə İsveçdə keçirilən 43-cü “Montrö” Caz Festivalının qalibi olub.

2019-cu ildə o, dünyanın ən məşhur səsyazma studiyası olan “Warner Music Group”la iş müqaviləsi imzalayıb.



Meydan TV

Gözdən qaçırmayın:  “Quru sərhədləri açın!” aksiyasında polislərin “etirazçı ovu”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button