2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

İşğalın vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işçi qruplar yaradılıb


Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupların yaradıldığı açıqlanıb.

Noyabrın 12-də Azərbaycan baş naziri bununla bağlı sərəncam imzalayıb.

Bu, Azərbaycan prezidentinin bu il noyabrın 6-da imzaladığı sərəncamla izah edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Söhbət sentyabrın 27-dən başlayaraq mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında prezidentin sərəncamından gedir. 

Verilən məlumata görə, artıq ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb və onun noyabrın 9-da ilk iclası keçirilib. 

 

Hansı qruplar yaradılıb?

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, baş nazirin sərəncamına əsasən bu qruplar yaradılıb:

“- Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu;

– Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu. Buraya daxildir: İqtisadiyyat nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, baş prokurorun müavini, Kənd Təsərrüfatı Nazirliyinin, “ASAN xidmət”in nümayəndələri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Maliyyə Nazirliyi Aparatının rəhbəri”.

Habelə, aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar yaradılıb.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy rayonları və Naftalan, Gəncə, Mingəçevir şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Üstəlik, Tərtər rayonu üzrə dəymiş ziyanın miqyasını nəzərə alaraq 3 işçi qrupu formalaşdırılıb.

Bütün bunlarla bağlı vahid məlumat bazasının formalaşdırılması 2020-ci il dekabrın 10-dək təmin edilməlidir.

Ümumilikdə bu müddət ərzində təqribən 3700 obyektə müxtəlif dərəcəli ziyan dəydiyi bildirilir.

 

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. 

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button