2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

İsmayıllının icra başçısından Prezidentə ŞİKAYƏT – Sahibkara çatacaq pulu mənimsəyib

İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nahid Bağırov Göyçay rayon Şahsoltanlı kənd sakini, sahibkar Qüdrət Əlisan oğlu Zülfüqarovun pulunu mənimsəyib.

Azsiyasət.com xəbər verir ki, bu barədə saytın poçt ünvanına Qüdrət Zülfüqarov tərəfindən göndərilən şikayət məktubunda qeyd olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətçi bildirib ki, o, özünə aid kənd təsərüfatı texnikaları ilə iki ildir İsmayıllı rayon İvanovka kolxozunda kənd təsərrüfatı işləri görür. Q.Zülfüqarov iddia edib ki, gördüyü işin, çəkdiyi zəhmətin müqabilində ona çatacaq 5800 manatı və 20 ton arpanı ala bilmir. Şikayətçinin sözlərinə görə, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısı bilmədiyi səbəblərdən buna qadağa qoyub:

“Mən Zülfüqarov Qüdrət Əlisan oğlu Göyçay rayon Şahsoltanlı kənd sakiniyəm, sahibkaram kənd təsərüfatı texnikalarım var. İki ildir ki, İsmayıllı rayon İvanovka kolxozunda kənd təsərrüfatı işləri görmüşəm. Lakin pulumu və müqavilə ilə mənə borclu olduqları 20 ton arpanı ala bilmirəm. Hər dəfə 5800 manat pulumu və 20 ton arpamı istəyəndə kolxozun sədr müavini Vasili mənə bildirir ki, İsmayıllı icra başçısı anbarı açmağa icazə vermir Dəfələrlə aidiyyatı qurumlara müraciət etsəm də  icra başçısı işin arxasında olduğu üçün şikayətlərim ört-basdır edilir. Hətta mənim əvəzimə fakturaya saxta imza da çəkiblər. İcra başçısı məsələyə müdaxilə etdiyinə görə İsmayıllı rayon hüquq-mühafizə orqanları heç bir təsirli tədbirlər görə bilmir. Bu dediklərimi təsdiq edən səs yazıları da var. Həmin səs yazılarında kolxoz sədrinin müavini dediklərimi təsdiq edir. Lakin təəssüf ki, İsmayıllı rayon prokuroru sifarişlə işi ört-basdr edir. Mən mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə müraciət edərək xahiş edirəm ki, məsələnin həll olunması üçün müvafiq köməkliklər göstərsin, tapşırıqlar versin”.

Yenisabah.az



“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button