2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb

Bakı/23.10.21 Monteneqro Moskvadakı Çerkizovo Bazarının keçmiş sahibi, Azərbaycan əsilli biznesmen Telman İsmayılova siyasi sığınacaq verib və onu Rusiyaya təhvil verməyəcək. Bu qərarı Podqoritse Ali Məhkəməsi qəbul edib, xəbəri yerli Vijesti nəşri yayıb.

“Sığınacaq verilən şəxs təhvil verilə bilməz”, deyə məlumatda bildirilir.

Ali Məhkəmənin hakimi Vladimir Novoviç İsmayılovun ekstradisiya təcridxanasından dərhal azad edilməsi barədə qərar verib. O, artıq onun həbsdə saxlanılması üçün səbəb olmadığını, DİN-in biznesmenin sorğusunu qəbul etdiyini və onun Monteneqroda qalmaq hüququnu təsdiq etdiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Təqsirləndirilən şəxs onun təhvil verilməsini tələb edən ölkədə siyasi təqibə məruz qalması ilə əlaqədar beynəlxalq müdafiə ilə təmin edilib”, deyə portal hakimin qərarından sitat gətirir.

Rusiyanın ən zəngin biznesmenləri reytinqinə daxil olan İsmayılov 2009-cu ildə hüquq-mühafizə orqanlarının genişmiqyaslı təzyiqi ilə üzləşib. Onun əsas aktivi – Çerkizovo Bazarı bağlanıb. Daha sonra o, bütün digər obyektlərindən məhrum olub.

Həmin vaxt İsmayılovun aktivləri 600-800 milyon dollar olaraq qiymətləndirilirdi.

Hazırda Telman İsmayılov və qardaşı Vaqif barəsində beynəlxalq axtarış elan olunub. Rusiyada onlar adam öldürməkdə və qanunsuz silah dövriyyəsində ittiham olunurlar. Oktyabrın əvvəllərində biznesmen Podqoritsedə saxlanılıb. Rusiya Baş Prokurorluğu Monteneqroya onun ekstradisiyası haqqında sorğu göndərib.

Əslən Azərbaycanlı olan dağ yəhudisi Telman İsmayılov 90-cı illərin əvvəllərində yenidənqurma dalğası dövründə zənginləşib. -02Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button