2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

İspanaqdan insan ürəyi düzəldəcəklər?


İspanaq“The Sunday Telegraph” yazır ki, alimlər adi ispanaq yarpağını canlı ürək toxumasına çevirə biliblər.

Məqalədə deyilir ki, bu kəşf insanın şaxələnən, nazik damarlarının əvəzləyicisinin yaradılmasına imkan verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

İndiyədək alimlər şaxəli kapilyarların surətini çıxarmaq üçün 3D printerlərindən istifadə etməyə çalışırdılar, amma uğur qazana bilmirdilər.

Amma indi ispanaq yarpağı ilə edilmiş ixtira ümid etməyə imkan verir ki, bitki yarpaqlarının damarlarından insanın qan-damar sisteminin replikasiyası üçün istifadə oluna bilər.

Buna qədər alimlər süni şəkildə insan toxumasının kiçik fraqmentlərini yarada bilmişdilər, amma bunu daha geniş miqyasda həyata keçirmək mümkün olmurdu.

Alimlər deyirlər ki, yeni metod sağlam ürək toxumasının yaradılmasına imkan yaradacaq. Belə toxumalar infarkt keçirmiş pasientlərin həyatının xilas edilməsinə böyük əhəmiyyətə malikdir.

Məqalədə deyilir ki, heyvan və bitki orqanizmləri gövdələrinə kimyəvi maddələri müxtəlif şəkildə çatdırırlar, lakin bu ötürməni həyata keçirən şəbəkələr xeyli oxşardır.

Worcester Politexnik İnstitunun alimləri yazırlar ki, “hüceyrəsizləşdirilmiş” bitkilərin yetişdirilməsi elmin yeni sahəsinə çevrilə bilər.

Məqalədə deyilir ki, alimlər süni ürək yaradılması məqsədilə ispanaq yarpaqlarının hüceyrlərini “təmizləmiş” və bundan sonra yarpaq damarlarına insanın qan hüceyrələrinə bənzəyən maye vurmuşlar.

Onlar daha sonra bu damarlarda insan hüceyrləri “əkərək” bunun içərisinə qan kapilyarlarını yükləmişlər.

Worcester İnstitutundan biotibbi mühəndislik professoru Glenn Gaudette deyib ki, bitkilərdən toxuma mühəndisliyində istifadə edilməsi bu sahədəki bir çox problemləri həll edə bilər.



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button