Bizim tərcümə

İsrail qüvvələri İordan çayının qərb sahilində 5 fələstinlini öldürüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-25 10:36:52

İsrail qüvvələri İordan çayının qərb sahilində yerləşən Nablusun bir neçə məhəlləsinə və Ramallahın şimalındakı bir qəsəbəyə basqın edib. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada Nablusda 4 nəfərin, Ramallahda basqınlarda açılan atəş nəticəsində 1 nəfərin öldüyü bildirilib.

Fələstin rəsmi televiziyasının verdiyi məlumata görə, İsrail əsgərlərinin Nablusda olduğu aydınlaşdıqdan sonra İsrail qüvvələri ilə fələstinli mülki şəxslər arasında qarşılıqlı atəş açıldığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Fələstin Prezidentinin sözçüsü Nabil Əbu Rudeyne verdiyi açıqlamada Abbasın Fələstin xalqına qarşı hücumları dayandırmaq üçün Nablusda təcili təmaslar qurduğunu bildirib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button