2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İstanbul teraktında zərərçəkənlər arasında azərbaycanlı yoxdur

İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşları yoxdur.

Bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk Hava Limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 40 nəfər yaralanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button