2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Demokratiya Sammiti” üçün Bayden Azərbaycana niyə dəvət yollamadı?

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden “Demokratiya naminə Sammit” üçün Azərbaycana dəvət yolamaqdan çəkinib.

Onlayn formatda iki gün davam edən “Demokratiya Sammiti”ndə əsas müzakirə mövzuları avtoritarizmin yayılmasının qarşısının alınması, korrupsiya ilə mübarizə və insan haqlarına hörmət edilməsinin təşviqi olub.

Şərq Tərəfdaşlığına daxil olan 6 ölkədən yalnız Azərbaycan “Demokratiya Sammiti”nə dəvət almayıb. Azərbaycanın iki yaxın qonşusu Ermənistan və Gürcüstan isə tədbirdə iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar Dövlət Departamentinin Avropa Bürosu BBC News Azərbaycancanın məsələ ilə bağlı sorğusunu cavablandırarkən bildirib ki, siyahının hazırlanması zamanı bütün regionların sammitdə təmsil olunması əsas götürülüb.

Burada isə kriteriya olaraq, “ölkələrin qlobal demokratiya və sülhün inkişafına verdiyi tövhə” nəzərə alınıb.

Uzunmüddətli perspektivdə sammitin məqsədlərini dəstəkləyən bütün ölkələrlə əməkdaşlıq etməkdə maraqlıyıq” – deyə cavab məktubunda qeyd olunur.

ABŞ niyə Azərbaycanı kənarda saxlayıb?

Siyasi icmalçı Rauf Mirqədirov hesab edir ki, Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmamasını təkcə demokratiya ilə əlaqələndirmək yanlış olardı. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu addımı ilə Azərbaycanın demokratik ölkə olmadığı mesajını versə də, burada daha ciddi məqamlar mövcuddur.

Sammitdən kənarda qalmağın Azərbaycan üçün daha uzunmüddətli və təhlükəli nəticələrinin olacağı qənaətindəyəm. Əsas narahatedici məsələ ondan ibarətdir ki, Azərbaycan Qərb dövlətləri üçün özünün vacibliyini itirir.“- siyasi icmalçı fikirlərinə əlavə edib.

Ermənistanın tədbirdə iştirak etməsinə də münasibət bildirən Rauf Mirqədirov Azərbaycanda hökumətyönlü media qurumlarının bu məsələdə böyük rol oynadığını iddia edir.

Son vaxtlar hakimiyyətə yaxın mətbuat qurumları hər addımda Rusiyanı inandırmağa çalışır ki, Yerevan tədricən Moskvanın təsirindən çıxmağa çalışır. Azərbaycan isə sona qədər Rusiyanın yanında olacağı dövlətlərdən biridir“, o əlavə edir.

Siyasi şərhçi insan haqları və demokratik dəyərlər baxımından Ermənistanın Azərbaycanı qabaqlamasını da, əsas səbəblərdən biri kimi göstərir.

İlham Əliyev - Co Bayden

“ABŞ demokratiyaya ehtiyacı olan ölkələri tədbirə dəvət edib”

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Mirzəzadə isə BBC News Azərbaycancanın Demokratiya Sammiti ilə bağlı suallarını cavablandırarkən tədbirin beynəlxalq təşkilat tərəfindən deyil, bir ölkənin təşəbbüsü ilə təşkil edilməsini əsas gətirərək, sammitə hansısa dövlətlərin dəvət olunmamasının prinsipial əhəmiyyət daşımadığını bildirib.

“Mümkündür ki, Birləşmiş Ştatlar ilk növbədə demokratiyaya ehtiyacı olan ölkələri tədbirə dəvət edib. Bu baxımdan, Azərbaycan üçün həmin tədbirdə iştirak məsələsi bugün hər hansı aktual mövzu kimi müzakirə edilmir.”– Aydın Mirzəzadə deyib.

Demokratik göstəricilərə görə ölkələrin iştirakı məsələsinə münasibət bildirən, millət vəkili vurğulayıb ki, “hər hansı dövlətin demokratik göstəriciləri hansısa bir xarici ölkə QHT-sinin qiyməti ilə ölçülmür”.

Demokratiya Sammiti
İlham Əliyev – Co Bayden (mənbə president.az)

Demokratiya heç vaxt eksport olunmur. O, ölkənin daxili tələbatından irəli gəlir. Demokratiya dünyanın ümumi inkişafına qoşulmaq üçün ayrı-ayrı ölkələrin atdığı vacib bir addımdır. Azərbaycan da bu istiqamətdə müvafiq addım atır.” – deyə millət vəkili əlavə edib.

Post-Sovet ölkələrindən isə Azərbaycanla yanaşı, Mərkəzi Asiya dövlətləri də sammitə dəvət edilməyib.

Siyahıda yer almayan Rusiya və Çin Ağ Evin təşkil etdiyi sammiti “soyuq müharibə təfəkkürünün məhsulu” adlandırıb.

“Demokratiya naminə Sammit”ə beynəlxalq reaksiya

Rəsmi Vaşinqton tərəfindən təşkil edilən “Demokratiya naminə Sammit” bəzi beynəlxalq media orqanları tənqid edib.

ABŞ nəşrləri Ağ Ev administrasiyasını gələcək məqsədləri dəqiq müəyyənləşdirməməkdə ittiham edib. “Foreign Policy” dərgisi dəvət olunan ölkələrlə bağlı bəzi ziddiyyətlərin olduğunu yazıb.

FP hesab edir ki, tədbirə dəvətli ölkələrin demokratik göstəriciləri “Freedom House”-un hazırladığı son hesabatlara əsasən nəzərə alındığı bildirilsə də, iştirakçıların yekun siyahısı daha çox geosiyasi məqsədlə hazırlanıb.

“Konqo Demokratik Respublikası “Freedom House“-un siyahısında Macarıstanla müqayisədə xeyli geridə olsa da, tədbirdə iştirak edib. Lakin rəsmi Budapeşt sammitdən kənarda saxlanılıb.” – “Foreign Policy” nəşrinin iddiasında qeyd olunub.

The Economist” jurnalının ekspertlər qrupu da oxşar iddia ilə çıxış edib. Jurnal yazır ki, Çin və İsrail hökumətlərinin hər ikisi “ölkə daxilində yaşayan etnik azlıqların siyasi hüquqlarını sistematik olaraq pozsalar da, rəsmi Təl-Əviv sammitə dəvət alıb, Pekin isə yox”.

Onların fikrincə, hətta siyasi prioritetlərin də əsas götürüldüyü siyahının hazırlanmasında müəyyən yanlışlıqlara yol verilib. Belə ki, Çini qlobal miqyasda özünə ciddi rəqib görən Birləşmiş Ştatlar Anqolanı sammitə dəvət etdiyi halda, coğrafi mövqeyinə görə Çinə daha yaxın olan və Ağ Evin geosiyasi maraqlarına cavab verən Sinqapuru siyahıya daxil etməyib.

Dəvət olunan dövlətlər arasında yalnız Pakistan tədbirdə iştirakdan imtina edib.

bbc.com/azeri

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button