2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Jurnalistləri Müdafiə Komitəsi “Abzas Media” jurnalistlərinin həbs müddətinin uzadılmasını pisləyib

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi martın 15-də bəyanat yayaraq “Abzas Media” nəşrinin altı jurnalistinin ilkin həbs müddətinin uzadılmasını pisləyib.

“Azərbaycanda bütün ölkə üzrə tənqidi fikirli jurnalistlər həbs olunduğu və saxlanıldığı üçün “Abzas Media” əməkdaşlarının həbs müddətinin uzadılması barədə son qərar hakimiyyətin özünün ən yaxşı və ən parlaq reportyorlarını həbsdə saxlayaraq senzuraya məruz qoymaqda qəti əzmli olduğunu göstərir”, – Komitənin Avropa və Mərkəzi Asiyada nümayəndəsi Gülnoza Səid bildirib.

“Azərbaycan hakimiyyəti  “Abzas Media” əməkdaşlarına qarşı bütün ittihamları dərhal götürməli, haqsız yerə həbsdə olan jurnalistləri azad etməli və müstəqil mətbuata qarşı repressiyalara son qoymalıdır”, – bəyanatda Səidin sözlərindən sitat gətirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Komitə xatırladıb ki,  günahkar sayıldıqları təqdirdə jurnalistləri səkkiz ilə qədər həbs cəzası gözləyir.

Paytaxt Bakının Xətai Rayon Məhkəməsi martın 14 və 15-də keçirilən ayrı-ayrı dinləmələrdə “Abzas Media”nın direktoru Ülvi Həsənlinin, baş redaktor Sevinc Vaqifqızının və bu KİV-in layihə meneceri Məhəmməd Kekalovun həbs müddətini üç ay uzadıb, Komitə qeyd edib.

“Yüksək vəzifəli dövlət məmurları arasında korrupsiya ittihamlarının araşdırılması ilə tanınan “Abzas Media”ya qarşı repressiyalar noyabrda başlayıb. Polis onun ofisində reyd keçirib və işçiləri Qərb donorlarının pullarını Azərbaycana qanunsuz gətirməkdə ittiham edib”, – Komitə qeyd edib.

“Abzas Media”nın əməkdaşları Azərbaycan və Qərb arasında münasibətlərin pisləşməsi fonunda hazırda Azərbaycanda həbsdə olan üç müstəqil KİV-in 10 jurnalisti sırasındadır, bəyanatda deyilir.

Belə ki, martın əvvəlində polis “Toplum” TV-nin ofisində reyd keçirib və məhkəmə bu media platformasının təsisçisi Ələsgər Məmmədlinin və videoredaktor Müşfiq Cabbarın istintaq başa çatana qədər valyuta qaçaqmalçılığı ittihamı ilə dörd ay müddətinə həbs olunmasına qərar verib.

“Kanal-13” İnternet- televiziyanın direktoru Əziz Orucov və layihənin reportyoru Şamo Eminov 2023-cü ilin noyabr və dekabrından eyni ittihamlarla həbsdədirlər, Jurnalistləri Müdafiə Komitəsi qeyd edib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button