2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Kabildəki ABŞ səfirliyi təhlükə ilə bağlı xəbərdarlıq edib

ABŞ Prezidenti Co Bayden 24-36 saat ərzində Kabil hava limanına başqa bir hücum ehtimalının yüksək olduğunu söyləməsindən sonra ABŞ-ın Kabildəki səfirliyi xüsusi və həqiqətə uyğun bir təhlükəyə əsaslanaraq ABŞ vətəndaşlarını hava limanının ətrafındakı əraziləri tərk etməyə çağırıb.

Təhlükəsizliklə bağlı xəbərdarlıqda amerikalılar hava limanından uzaq durmağa, Cənub qapı, yeni Daxili İşlər Nazirliyi və hava limanının şimal-qərb tərəfində Pəncşir Petrol yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı qapı daxil olmaqla aeroport yaxınlığında olanlar isə ərazini dərhal tərk etməyə çağırılıb.

ABŞ və müttəfiqləri vətəndaşlarının və Talibandan qaçan əfqanların evakuasiyasını sonlandırmağa başladığı bir vaxt və Kabil hava limanı önündə azı 170 əfqanın və 13 ABŞ hərbçisinin ölümü ilə nəticələnən intiharçı bomba hücumundan iki gün sonra, Bayden şənbə günü bəyanat yayaraq bənzər hücumların ola biləcəyi ilə bağlı xəbərlarıq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bayden deyib ki, o, ABŞ komandirlərinə Həmid Kərzai Beynəlxalq Hava Limanındakı amerikalı qoşunları qorumağa göstəriş verib.

Ağ Ev bildirib ki, bazar günü Vaşinqton vaxtı ilə gecə saat 3-ə qədərki son 12 saat ərazində Kabildən 2900-ə yaxın insan təxliyə edilib. Ağ Ev həmçinin ABŞ-ın avqustun 14-dən bəri 114 000 insanı evakuasiya edib ya da evakuasiyasına yardım edib.

ABŞ-ın cümə axşamı baş verən hücuma cavab olaraq cümə günü İslam Dövləti qrupunun Əfqanıstandakı qoluna etdiyi hava hücumu qrupun iki mühüm üzvünün ölümü ilə nəticələnib. Bu barədə şənbə günü ABŞ-ın Müdafiə Nazirliyi məlumat verib. Cümə axşamı hava limanına edilən hücumun məsuliyyətini İŞİD-K üzərinə götürüb.

“İŞİD-in iki yüksək səviyyəli üzvü öldürülüb, biri yaralanıb. Biz mülki vətəndaşlar arasında ölüm hallarının olmadığını bilirik,” Pentaqonun sözçüsü Con Kirbi şənbə günü media brifinqində bildirib.

“Bu, son hücum deyil. Biz bu mənfur hücumda əli olan hər bir şəxsi tapıb, bədəlini ödəməyə məcbur edəcəyik,” Bayden deyib.

Kirbi ABŞ hücumu nəticəsində İŞİD-in imkanlarına nə qədər zərər dəydiyini müzakirə etməyib və onun əvəzinə “Onlar təşkilatçı və vasitəçini itiriblər, biri isə yaralanıb. Bu iki şəxsin artıq Yer üzündə olmamaları müsbət bir haldır,” deyib.

Reutersin məlumatına görə, Talibanın sözçüsü Zabihullah Mücahidin ABŞ-ın hava hücumunu qınayaraq, bunun “Əfqanıstan ərazisinə açıq hücum” olduğunu dediyi bildirilir. Onun həmçinin ABŞ qüvvələri ölkədən tamamilə çıxarılandan sonra hava limanının tam nəzarətini ələ keçirəcəyi deyilir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button