2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Kanadanın baş naziri Çini qərb ölkələrini qarşı-qarşıya qoymaqda günahlandırır

Kanadanın baş naziri Justin Trudeau hesab edir ki, Çin qərb dövlətləri ilə “oynayır” və o, qərb ölkələri Pekinin bu taktikasına qarşı birliyə çağırır.

Kanadanın baş naziri Justin Trudeau deyir ki, Çinin kommunist liderləri Çin bazarına çıxmaq üçün rəqabət apararkən Qərb ölkələrini bir-birinə qarşı qoyurlar.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazirə görə, qərb ölkələri Çin bazarına girmək uğrunda yarışanda bu Pekinə qərb ölkələrini bir-birinə qarşı qoyacaq şərtlərini diktə etmək üçün imkanlar verir.

Dekabrın 25-də Global TV-də gedən müsahibəsində baş nazir deyib ki, qərb ölkələri bir-biri ilə rəqabət apardığı bir vaxtda “Çin zaman-zaman, çox ağıllı şəkildə açıq bazarda və rəqabət mühitində bizi bir-birimizdən ayırdı”.

O, qərb ticarət tərəfdaşlarını Çinə qarşı möhkəm dayanmağa çağırıb.

Kanada və Çin arasında münasibətlər 2018-ci ildə ABŞ-ın ekstradisiya orderi ilə Huawei-nin bir icraçısının Kanadada saxlanmasından sonra soyuyub. Çin qısa müddət sonra iki kanadalını saxlayıb. Kanada bunu qisas kimi qiymətləndirib.

ABŞ prokurorları icra hakimiyyəti ilə razılığa gəldikdən sonra iki kanadalı dərhal sərbəst buraxılıb.

Bu ayın əvvəlində Kanada Çində insan haqlarının vəziyyəti ilə bağlı Pekin Olimpiadasını diplomatik boykot edən ABŞ və digər müttəfiqlərinə qoşulacağını bəyan edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button