2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, yayılan xəbərlər tamamilə əsassızdır: “Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.

Yayılan məlumatlara əsasən, S. Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. S. Rüstəmovun müvəqqəti saxlama təcridxanasında döyülərək öldürüldüyü barədə xəbərələr yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalist Qənimət Zahid də özünün “facebook” səhifəsində bu barədə yazıb.

Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button