2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş nazir müavininin həyat yoldaşı məhkəmədə…

Generalın xanımı ifadəsində nə deyib?

Keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı Nüşabə Əsədova iyunun 5-də məhkəmədə dindirilib. O, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəhbəri olmuş general Akif Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun məhkəməsində şahid kmi ifadə verib.
Akif Çovdarova 8-ci kilometr bazarının sahibindən zorla alınması, bazarın Nüşabə Əsədovanın və Çovdarovun qızının adına keçirilməsi ilə bağlı ittiham verilib.
Məhkəmədə əvvəlcə bazarının keçmiş sahibi Çingiz Əsədov ifadə verib. Məhkəməyə media nümayəndələri buraxılmadığından orada baş verənlərdən vəkillər vasitəsi ilə xəbər tuturuq.
Səlim Məmmədovun vəkili Cavid Rzazadənin sözlərinə görə, Çingiz Əsədov deyib ki, bazarı o yaradıb. Amma sonradan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevgil bazarı əlindən alıblar.

Saytların yığılması Saytlarin yigilmasi

“Fərhad Əliyev məni döydürdü”

Çingiz Əsədov daha sonra ifadəsində bunları deyib: “Sonra qardaşım adam öldürdü, problemlər, sıxıntılar yaranmağa başladı. Həmin vaxt Cəfər Seyidovgil bazarı onlara icarəyə verməyimi təklif etdilər, razılaşdıq. Bir ilin pulunu aldım, ikinci ilin pulunu istəyəndə isə dedilər bazarı səndən almışıq. Mən məhkəməyə müraciət etdim, mənim xeyrimə qərar çıxarıldı. Cəfərgil keçmiş nazir Fərhad Əliyevin adından istifadə edirdilər deyə heç kimi saymırdılar. Məhkəmə qərarından sonra icraçılar gəlib onları bazardan çıxartdılar. Bundan sonra Fərhad Əliyevin qardaşı Rafiq Əliyev bazara gəlib məni söydü. Mən ona cavab qaytaranda Fərhad Əliyev işarə etdi, Cəfərgil məni döydülər. Sonra məni bazardan qovub, qardaşımı da oğurladılar.

“Arvadım erməni olduğuna görə mənə təzyiq edirdilər”

Bakı Şəhər Baş Polis İdarəsinə şikayət etdim. Yarım saat sonra Cəfər mənə zəng edib dedi ki, polis bizə heç nə edə bilməz. Dedi ki, sən bazarı və 600 min manat verməlisən. Gördüm polis də kömək edə bilmir, bacarmayacam, məcbur olub bazarı Cəfərgilə verdim. 2005-ci ildə Fərhadgil tutulanda MTN-ə gedib şikayət etdim. Mənim arvadım erməni olduğuna görə Cəfərgil təzyiq edirdilər. Gördüm ki, daha bazarı işlədə bilmirəm, buna görə bazarı Akif Çovdarov və Hilal Əsədovun qayınatasına satdım. Hər ay da mənə pul verirlər”.

“Sonradan bildim ki, bazarın bir hissəsi Çovdarovun qızınındı”

Ondan sonda Nüşabə Əsədova məhkəmədə dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqlədiyini deyib.
Nüşabə Əsədova istintaqa ifadəsində deyib ki, 2005-ci ilin sonu, 2006-cı ilin əvvəllərində atası Ənvər Məmmədov 8-ci kilometr bazarını almaq istəyib: “Bazarın satıldığını atama həyat yoldaşım Hilal Əsədov dedi. Pulu az idi. Hilal evdən 80 min dolları götürüb, atama verdi. Atam bazarın yarısını alaraq, öz adına rəsmiləşdirdi. Bazarın digər hissəsini isə Elşən Hüseynov almışdı”.
Nüşabə Əsədovanın ifadəsinə görə, bazarı atası sonradan ona bağışlayıb. Amma bazarın kimdən alınması, necə sənədləşməsindən xəbərsizdir: “Bu barədə nə Hilal, nə də atam mənə bir şey deyib. Atam bazarı 2012-ci ildə adıma keçirib. Bazarın 50 faizi mənim adımdaydı. Qalan 50 faiz isə Akif Çovdarovun qızı Aida Qasımovanın adınadır.
Bazarın alınması da atamın təşəbbüsü olub. Sadəcə, biz ona maddi yardım eləmişik. Mən heç zaman o bazarı görməmişəm. Sonradan bilmişəm ki, bazarda pay sahibi Aida Qasımovadır”.

Generalın qayınatası nə deyir?

Nüşabə Əsədovanın atası Ənvər Məmmədov isə bildirib ki, 2005-ci ildə kürəkəni ona zəng edərək bazarın 450 min dollara satıldığını söyləyib: “Hilalla birlikdə 225 min dollar topladıq və bazarın 50 faizini aldıq. Bir müddətdən sonra 50 faizlik payımdan 49-nu qızım Nüşabəyə bağışladım. 2007-ci ildədək bazarda direktor oldum, sonra səhhətim imkan vermədi”.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button