2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Keçmiş prezidentin oğluna 20 il iş verdilər

Bişkek məhkəməsi Qırğızıstanın keçmiş prezidentinin oğlu Maksim Bakiyev barəsində hökm çıxarıb. Məhkəmə 2016-cı ildə çıxarılan ömürlük həbs cəzasını qüvvədə saxlayıb və əlavə 20 il həbs cəzası verib.
Həmçinin məhkəmə Bakıyevin biznes-şərikinə də 20 il həbs cəzası verib. Bu iş üzrə adı keçən 6 nəfər də uzun müddətə həbs cəzasına məhkum edilib.
Bakiyevə hökm qiyabı çıxarılıb. 2010-cu ilin aprel inqilabından sonra prezident Qurbanbek Bakieyv və ailəsi ölkədən qaçıb. Prezidentə və ailəsinə məxsus əmlak dövlətə keçib.
Devrilmiş prezidentin oğlu hazırda Böyük Britaniyada yaşayır.
Maksim Bakiyev beynəlxalq axtarışa verilib.
Maksim Bakiyev barəsində Qırğızıstanda bir neçə ömürlük həbs cıxası çıxarılıb. Atası Qurbanbek Bakiyev qiyabi olaraq 25, qardaşı Marat 20 il müddətinə azadlıqdan məhrum edilib.

Fizzə

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button