2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kliniki Tibbi Mərkəzin işçiləri koronavirusa görə ödəmələri ala bilmədiklərini deyirlər

“Halbuki mərkəzin rəhbəri çox çalışan tibb işçilərinə külli miqdarda maaş ödənilməsinə dair açıqlama verir”

Kliniki Tibbi Mərkəzin (Semaşko) koronaviruslu xəstələrlə işləyən tibb işçiləri oktyabr da daxil olmaqla son ayların koronavirusa görə ödənilən əlavələrini ala bilmədiklərini bildiriblər.

Adının çəkilməsini istəməyən həkimlərdən ikisi Meydan TV-yə deyib ki, əlavə və bonuslar vaxtlı-vaxtında ödənilmir. Şikayət etdikdə isə həkimlərin özləri günahkar çıxarılır.

Saytların yığılması Saytlarin yigilmasi

“Halbuki mərkəzin rəhbəri çox çalışan tibb işçilərinə külli miqdarda maaş ödənilməsinə dair açıqlama verir”, – həkim söyləyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən oktyabr ayı üçün əlavələrin ödənilməsinə başlanıldığını deyiblər.

Agentlikdən bildiriblər ki, Prezidentin sərəncamının və Nazirlər Kabinetinin qərarına uyğun olaraq bu ilin yanvar-sentyabr ayları ərzində koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən Kliniki Tibbi Mərkəzin tibb işçilərinə 5 milyon 880 min manata yaxın müddətli əlavə ödənilib. 

Mərkəz tərəfindən göndərilən siyahıya uyğun olaraq agentlik oktyabr ayı üzrə müddətli əlavənin ödənilməsini davam etdirir.

Agentlikdən qeyd ediblər ki, tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq müddətli əlavələrin ödənilməsi 3 gün ərzində həyata keçirilir. 

Nazirlər Kabinetinin 26 noyabr 2021-ci il tarixli, 369 nömrəli qərarına əsasən koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarının müddətli əlavələrinin ödənilməsi 2022-ci ilin yanvarın 1-dək uzadılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button