Uncategorized

Koalisiya Şurasının iclası keçirilib

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının iclası keçirilib. İclasda aşağıdakı qərarlar qəbul olunub;
1. Koalisiya Şurası üzvləri Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Hasilat Sənayesində Şəffaflıq üzrə keçiriləcək tədbirlər MSŞT prinsiplərinə uyğun təşkil edilmədiyi üçün həmin prosesləri müşahidə etməkdən və bu statusda proseslərə qatılmaqdan imtina edir.
2. Koalisiya Şurası XİX Ümumi Yığıncağın Şuranın tərkibinin komplektləşdirilməsi üçün ona verdiyi səlahiyyət və Mədən Sənayesində Şəffaflığın Artırılması Kоаlisiyаsı hаqqındа Əsasnamənin 5.10-cu maddəsi (Şura üzvü üzürsüz səbəbdən аrdıcıl olaraq Şuranın 3 iclаsındа iştirаk еtmədikdə, ümumiyyətlə isə 1 il ərzində 10 və daha çox iclasda iştirak etmədikdə Monitorinq Qrupunun rəyi nəzərə alınmaqla Şura üzvlüyündən çıхmış hesab edilir.) əsasında 178-ci iclasında xitam verdiyi 4 Şura üzvünün əvəzinə Əsasnamənin 5.9. – cu maddəsi (Şuranın səlahiyyət müddəti dövründə Şura üzvlüyünə xitam verildikdə, üzvlüyə Şura üzvlüyünə seçkilərdə daha çox səs toplamış şəxs Şuranın üzvü seçilmiş hesab edilir.) nəzərə alınmaqla Sevil Yüzbaşovanı bə Məhəmməd Talıblınının Şura üzvü səlahiyyətlərini təsdiq etmişdi. Beləliklə də 179-cu iclasda Şurada boşalmış 4 yerdən 2-i əvəzlənmiş və digər 2 yerinin əvəzlənməsi üçün də Əsasnamə çərçivəsində fəaliyyətin davam etdirilməsi qərara alınmışdır.
3. 179-cu Şura iclasında keçirilmiş seçkilər nəticəsində “Ödədiyini açıqla” Koalisiyasının Avrasiya regionu üzrə Aktau toplantısında iştirak edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyənləşdirilmişdir.
– lham Hüseynli (əsas)
– Taleh Xasməmmədov (əsas)
– Ulduz Məmmədova (alternativ).
4. 179-ci toplantıda Şura üzvü, Demokratik İnkişaf və İqtisadi Əməkdaşlıq
Təşkilatının rəhbəri İlham Hüseynli Koalisiya Şurasının yeni əlaqələndiricisi seçilib.
5. 179-ci toplantıda “Ödədiyini açıqla” Koalisiyasının rəhbəri Elisa Peterin Bakı səfərinə hazırlıq məsələləri müzakirə olunub və qərara alınb ki, sentyabrın 21-də saat 3-də keçiriləcək görüşdə Şura üzvləri tam tərkibdə iştirak etsin.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close