2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Ermənistana gəlib

Bakı/09.08.21  Avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Ermənistana işgüzar səfərə gəlib. O, ölkənin ali siyasi və hərbi rəhbərliyilə görüşəcək.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının press-relizində deyilir ki, avqustun 9-10-da baş nazir Nikol Paşinyan, xarici işlər nazirinin səlahiyyətlərini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşlər keçiriləcək.

Görüşlər zamanı Stanislav Zas Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsuliyyət zonasında yaranmış vəziyyət, həmçinin Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlığın gedişi barədə erməni tərəfinə məlumat verəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində, Ermənistan kütləvi informasiya vasitələri bildirirlər ki, Qriqoryanla görüşdə Azərbaycanın “təcavüzü” barədə Zasa məlumat verilib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button